DEPUTATDAN ETİRAZ: "sürücü sükanı bacısı ogluna verib, YATMAĞA GEDİRDİ"

"Özbaşınalıq edən avtobus sürücülərinə qarşı ictimai nəzarət olmalıdır”.

Bunu Sherg.az-a Bakıda avtobus sürücüsünün sükan arxasında nərd oynamasına münasibət bildirərkən millət vəkili Çingiz Qənizadə deyib. 
O bildirb ki, Dövlət Yol Polisi əməkdaşları avtomobili bu şəkildə idarə edən sürücüləri asanlıqla təyin edə bilmədiyindən sərnişinlər etiraz etməlidirlər:
"Belə sürücülərə qarşı ictimai qınaq, etiraz olmalıdır. Bu o demək deyil ki, telefonu əlindən alıb, başına vurmaq lazımdır. Sadəcə həmin avtobusu saxlatmaq, müvafiq əlaqə telefonlarına zəng edib, şikayət etmək gərəkir. Sürücülərin məsuliyyətsizliyi həmişə olub, bundan sonra da olacaq. İşə götürənlər də bilməlidir ki, kimi işə götürürlər. Son vaxtlar tənzimləmə işləri aparılır. Əvvəllər elə hallar olurdu ki, sürücünü işə götürürdülər, o sükanı bacısı oğluna verib, yatmağa gedirdi. İndi belə qanunsuzluqlara qarşı mübarizə aparılır, müəyyən qaydalar tətbiq olunur, inzibati qanunvericiliyə, yol hərəkəti qaydalarına xeyli dəyişikliklər edilir. Amma insan faktoru həmişə mövcuddur. Belə yaramaz sürücülərə qarşı qanun pozuntusu aşkar olunana qədər qanun heç nə edə bilmir. Baş verə biləcək hadisənin qarşısını almaq üçün mütləq etiraz etməliyik. Sərnişinlər sürücünü tənqid etməli, belə əməllərdən çəkindirməlidirlər. Mütləq ictimai qınaq, sərnişinlərin ciddi diqqəti lazımdır”.
Qeyd edək ki, "9192" sms xidmətinin məlumatına əsasən, hadisə dünən gecə saatlarında qeydə alınıb. Sərnişinlər tərəfindən çəkilən videodan məlum olub ki, 160 nömrəli avtobusun sürücüsü sükan arxasında mobil telefonda nərd oynayıb.






Fikirlər