Bakı metrosunda faciə - Qatar sərnişini vurdu+FOTO
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qatar sərnişini vurub. “AzerTaym.az” xəbər verir ki, hadisə ilə bağlı Unikal.org-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Qurum rəsmisi bildirib ki, xəsarət alan şəxs 50-55 yaşlı Adıgözəlova Rəfiqə adlı xanımdır: “O, təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə qatar platformaya daxil olarkən bədbəxt hadisə baş verib. Qatar xanımı vurub. Həmin an Təcili yardım çağrılaraq onu xəstəxanaya aparıblar”.