01.05.2014. - Bakı metrosunda ajiotaj

01.05.2014. -  Bakı metrosunda ajiotajBu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətti üzrə “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

"AzerTaym.az" bildirir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən sərnişinlər qatardan təxliyə olunub və nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib.

Hadisə nəticəsində “Həzi Aslanov” stansiyasından “Nərimanov” stansiyasına qədər sərnişinlərin sıxlığı yaranıb.

Ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. Lakin bundan sonra qatarların hərəkəti bərpa olunub, qrafik üzrə hərəkət edirlər”, - deyə qurumdan bildirilib.






Fikirlər