Gömrük əməliyyat KEÇİRDİ

Gömrük əməliyyat keçirdi

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Megane" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsininşüşəsilən qurğusunun altından gömrük nəzarətindən gizlədilən 7800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

AzerTaym.az






Fikirlər