ADU sertifikatla təltif OLUNUB

 

2017-ci il aprelin 5-7 tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində 17-ci ixtisaslaşdırılmış “Təhsil.Karyera” adlı sərgi keçirilib.

 Sərgidə Rusiya, İsrail, Çexiya, Kipr, Azərbaycan və bir sıra Avropa ölkələrinin tanınmış universitetləri iştirak edib. “Təhsil.Karyera” sərgisində ölkəmizi Azərbaycan Dillər Universiteti (ADU) təmsil edib. ADU-nun rektorunun təşkilati məsələlər üzrə müşaviri Zaur Gözəlov sərgidəADU-nu tanıtmaq, universitetə xarici tələbələr cəlb etmək məqsədi ilətəqdimatla çıxış edib vəali təhsil müəssisəsinin tədris prosesi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

 Sərginin yüksək səviyyədə təşkil olunduğunu bildirən Z.Gözəlovun sözlərinə görə, ADU-da 20-dən çox müxtəlif dilin tədris edilməsi digər iştirakçılar tərəfindən maraqla qarşılanıb və təqdirəlayiq hal kimi qiymətləndirilib.Yarmarka rəhbərliyi ADU-nun gələcəkdə keçiriləcək sərgilərdə iştirak etməsinin zəruriliyini bildirərək universitetinövbəti təhsil sərgilərinə dəvət edib.

 Qeyd edək ki, ADU sərginin sertifikatı ilə təltif olunub.

AzerTaym.az






Fikirlər