Bakı lift idarəsi rəisinin zəngin həyatı: 400 min dollarlıq toy - FOTOLAR, VİDEO

bitmap-img6

Qüdrət Şükürovun keçmiş kürəkənini döydürdüyü deyilir

 

Ölkə əhalisinin böyük əksəriyyəti çörək, işıqpulu, kredit və s. bu kimi qayğılarla yaşayarkən məmurlar cah-cəlal içində üzür. 400 min dollara başa gələn toy məclisi, Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtalar və s. 
Özü də bütün bunlar Azərbaycanda oliqarx kimi tanınan nazirlərə yox, ilk baxışdan sıradan bir çinovnik kimi görünən adamlara da aiddir. Əgər kimsə iddia etsə ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov və onun ailəsinin hər bir üzvü milyonlara sahibdir, buna az adam inanar. Amma…
“Basta” saytına Qüdrət Şükürovun öz keçmiş kürəkənini xüsusi qəddarlıqla döydürdüyü haqda məlumat daxil olub. Bildirilir ki, Qüdrət Şükürovun qızı Aysel Şükürova bir neçə il bundan öncə  birinci həyat yoldaşı Elşən Əsgərlidən boşanaraq 2-ci dəfə ailə qurub. İddiaya görə, birinci nigahdan dünyaya gətirdiyi uşağı atasından icazəsiz – saxta sənədlə xaricə aparmaq istəyib. Amma uşağın atası Elşən Əsgərli bundan xəbər tutaraq, övladının xaricə aparılmasına əngəl yaratdığı üçün tərəflər arasında yeni konflikt yaranıb
Verilən məlumata görə, bundan sonra Qüdrət Şükürov keçmiş kürəkəni Elşən Əsgərli ilə haqq-hesab çəkmək qərarına gəlib.
“Qüdrət Şükürov yeni kürəkəni Oqtaya 6 nəfər qoçu qoşaraq, onları keçmiş kürəkəni Elşən Əsgərlinin üzərinə göndərib, ona ağır bədən xəsarətləri yetirilib. Bununla bağlı Nərimanov polisinə şikayət edilsə də, hadisəni törədənlər məlum olsalar da, polis heç bir tədbir görmür”, – mənbə bildirir.
Mənbənin sözlərinə görə, bu gün, aprelin 12-də Elşən Həsənli hadisənin baş verdiyi Nəsimi Rayon Polis İdarəsinə çağırılıb: “Polis onu xəsarətlərinin rəsmiləşdirilməsi üçün  tibbi ekspertizaya göndərib. Onun üzundə, belində, ayağında ağır xəsarətlər var, ekspertiza bunu təsdiqləyib. Amma onu döyənlər saxlanılmayıb”
İlk baxışda ailə-məişət məsələsi kimi görünən bu məlumatda iki məqam diqqət çəkir: məmurun adı ilə bağlı olan cinayətin hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilməsi və Bakı Lift İdarəsinin var-dövləti haqda iddialar.
Qeyd edək ki, Qüdrət Şükürovun adı mediada bir sıra korrupsiya işlərində hallanıb. Bakı Lift İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir.
Mənbə bildirir ki, Şükürovların Dubayda evləri, bahalı maşınları və özəl yaxtası var.
Bu avtomobilin Azərbaycana gətirilmədiyi, Dubaydakı villada saxlandığı və orada istifadə olunduğu deyilir
İddiaya görə, Qüdrət Şükürov təkcə qızının toyundan klip çəkilməsinə və qızı ilə yeni kürəkəninə mahnı yazdırılmasına 38 min dollar pul xərcləyib.
“Toya ümumilikdə 400 min dollar pul xərcləyib. Yeni kürəkəninə isə toyun səhəri 250 min manat dəyərində “Porşe” hədiyyə alıb”, – mənbə deyir.
Aysel Şükürovanın əvvəllər DİN-nin Xarici Pasport İdarəsinə çalışdığı, amma polis sıralarından xaric edildiyi də iddilar sırasındadır.
Yazılanlara əlavə olaraq “AzPolitika.info” onu da qeyd edir ki, Aysel Şükürova öz insteqram səhifəsindən paylaşdığı dəvbdəbəli həyatının fotoları ilə məhşurlaşıb. Bakıda özəl gözəllik salonu işlədən bu xanımın insteqram səhifəsindən paylaşdığı  bahalı avtomobillərin, evinin, xarici ölkələrə turist səfərlərinin şəkilləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.  Hamı onun belə zənginliyi necə əldə etməsi ilə maraqlanıb.
Onun Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı oldiğu məlum olduqdan sonra bu sual cavabını tapıb.  Maraqlıdır ki,  sosial şəbəkələrdə bu xəbər yayıldıqdan sonra Aysel Şükürova öz insteqram səhifəsini qapadıb.
Sual isə öz aktuallığını qoruyur: Bakı Lift İdarəsinin baş direktoru bu qədər varidatı necə əldə edib? Nəzərə alsaq ki, dövlət Bakıda liftlərin yenilənməsinə milyonlarla dollar ayırdığı halda,  binaların əksəriyyətində hələ də köhnə və qəzalı liftlər qalır, onda bu sualın cavabı aydın olar.
 

 

 






Fikirlər