İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni SƏDR SEÇİLİB
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib. Report-un xəbərinə görə, iclasda təşkilati məsələyə baxılıb. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib. Qeyd edək ki, M.İmanov Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüdür. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri vəzifəsini 12 ildir ki, Cahangir Məmmədli həyata keçirirdi.