“Space” radiosu bağlandı
“Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb. Bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: “Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur”. Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.