286 saylı Kriminal baza, Genekologiya yoxsa.... - Məktəbdən Şok FAKTLAR

286 saylı Kriminal baza, Genekologiya yoxsa.... - Məktəbdən Şok FAKTLAR

Direktora çəkilən bıcaq 7 sinif uşağına girdi 

286 saylı tam orta məktəb Kriminal bazaya çevrilib. Tehsil ocağı kimlərin idarəsində olduğu bəli deyil. Hadisələrin cərayan etdiyi 286 saylı tam orta məktəbdə nələr hansı yollarla gizlədilməkdədir. Məktəbə direktorluq edən Samir Mehdizadə idarəçiliyi əldən verdiyi qeyd edilən məlumatlarda yer almaqdadır. Belə ki, dünən günorta radələrində 7 sinif şagirdləri arasında insident verdiyini qeyd etmişdik. 
Bu gün məsələ ilə bağlı bıçaqlanan şagir Hüseynli Sadiq Yalçın oğlunun valideyni ilə əlaqə saxladıq. Yalçın Hüseynli BakuNews.az-a bildirib ki, övladı 286 saylı məktəbdə təhsil alır. Heydər Əliyev mezeyinə gedərkən məktəb ərazisində ani bir zaman kəsiyində, müəllimənin gözü qarşısında övladım Sadiq Hüseynliyə Fətulla Babayev tərəfindən bud nahiyəsindən bıçaqla xəsarət yetirilib. Təcili tibbi yardım gələrək Sadiqi Nəsimi rayonunda yerləşən Tromotologiya inistutuna yerləşdirilib. 15 gün xəstəxanadan çıxa bilməyəcəyini həkimlər tərəfindən bildirildiyini valideyin qeyd edib. Xəsarət alanın valideyni onuda BakuNews.az-a bildirib ki, övladını bıçaqlayan uşağın valideyni onu təhdid edir. Bununla bağlı adiyyatı distansiyalara müraciət edəcəkdir. Hal-Hazırda bakıda olmayan valideyn tezliklə paytaxda gələrək dövlət orqanlarına müraciət edəcəkdir. Məsələ ilə bağlı əlavə qeydlər edən Yalçın bəy bildirib ki, bir neçə gün bundan öncə həmin məktəbin 11 ci sinif şagirləri tərəfindən direktor Samir Mehdizadə bıçaqla təhdid olunub. Bu məsələ ilə bağlı polis orqanlarına müraciət etməməsinin səbəbi isə işgüzar nüfuzuna xələl gəlməsindən ehtiyatlanması olub. 
Qeyd edək ki, bir müddət bundan öncə və daha doğrusu 2016-cı ilin ilk rübündən bu məktəbdə kriminal həyat yaşanmaqdadır. Heç bir valideyn bu məktəbdə övladının başına gələ biləcək olaydan sığortalanmayıb. Məktəb sanki cinayətkarlıq bazası yetişdirmək üçün fəaliyyət göstərməkdədir. Bu məktəbdə baş verən olaylar isə məktəb direktoru Samir Mehdizadə tərəfindən yüksək peşəkarlıqla gizlədilməkdədir. Bu səfər isə S.Mehdizadənin peşəkarlığı köməyinə çatmayıb. Məsələ bütün media orqanlarında ictimailəşib yəqin ki, inzibati orqanlar məsələyə müdaxilə edəcəklər. Yasamal Rayon 29-cu polis bölməsi tərəfindən Sadiq Hüseynlinin ifadəsidə alınıb. “Təsüflər” olsun ki, S.Mehdizadə bu səfər zərər çəkmişin valideynini razı salaraq məsələni gizlətməyə nail ola bilməyib.
P.S.Yaxın günlərdə Yalçın Hüseynli BakuNews.az-a hadisə ilə bağlı məktəbdə baş verənlər barəsində müsahibə verəcəyini bildirib.
Məsələ ilə bağlı Təhsil Nazirliyi rəsmi açıqlama verməyib.
Məsələni diqqətimizdə saxlayacağıq...
BakuNews.az






Fikirlər