Norveçli professorlar ADU-da mühazirə OXUYUBLAR

 ????????????????????????????????????

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev ADU və Norveçin Aqder Universitetinin 2017-2018-ci illəri əhatə edən “Akademik yazı və oxuya tənqidi yanaşma” adlı əməkdaşlıq layihəsi çərçivəsində universitetdə olan norveçli professorlarla görüşüb.

Qonaqları salamlayan professor Ə.Abdullayev onları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında danışaraq ADU-nun nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. ADU-da fəaliyyət göstərən Skandinaviya Mərkəzi haqqında danışan Ə.Abdullayev universitetin ilk dəfə məhz Aqder Universiteti ilə əməkdaşlıq etdiyini bildirib. O, ADU ilə Norveçin Oslo Universitetinin Beynəlxalq Yay Məktəbi arasında əməkdaşlıq layihəsindən də söz açıb. Professor hər il bu layihə çərçivəsində universitetin tələbə və müəllimlərinin Osloda yay məktəbində iştirak etdiklərini qeyd edib.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar ADU-da olmaqdan şad olduqlarını bildiriblər. Onlar gün ərzində layihə çərçivəsində tələbələrə mühazirə oxuduqlarını, onlarla akademik yazı və oxu ilə əlaqədar müzakirələr apardıqlarını və onları maraqlandıran sualları cavablandırdıqlarını qeyd ediblər.

Qeyd edək ki, 4-5 may tarixlərində Norveçin Aqder Universitetinin professorları Sveyn Slittan, Elisa Sleyp Tönnesson, Qru Rene Rambö və Bente Velle Hellanqın oxuduğu mühazirələr universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub.

İki gün davam edən mühazirələrdə müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

AzerTaym.az????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????






Fikirlər