Səməd Seyidov: “Qarşı tərəfin razılığının olması SUAL ALTINDADIR”

Image result for səməd seyidov

“Ermənistan-Azərbaycan Sülh Platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq”

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
 Komitə sədri bildirib ki, Azərbaycan bu mesajı həm Avropa Parlamentində, həm burada, həm də başqa beynəlxalq təşkilatlarda səsləndirir.
 “Ancaq bu qarşılıqlı münasibətlər ikitərəfli olmalıdır. Azərbaycan həm danışıqlara, həm əlaqələri qurmağa hazırdır. Qarşı tərəfin razılığının olması isə sual altındadır.
 Əminəm ki, açıq, sərbəst və bu şəkildə təşkil olunmuş münasibətlər Azərbaycan parlamenti ilə Avropa Parlamenti arasında münasibətləri yüksək səviyyəyə qaldıracaq. Həm də Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ probleminin açıq-aşkar həqiqətlərini Avropa ictimaiyyətinə çatdırlmasında böyük rol oynayacaq”.

 






Fikirlər