19.06.2014.- "Avropa Şurasına sədrlik şərəf məsələsidir"
Bunu yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, ümumilikdə, təşkilatın yay sessiyasında bir sıra məsələlər də müzakirə olunacaq. Onun sözlərinə görə, sədrliyimiz dövründə həm Avropa dəyərlərini, həm də Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edəcəyik.
«6 ay ərzində Avropaya Azərbaycanla bağlı məlumatları daha geniş şəkildə çatdıracayıq və bu yöndə müxtəlif tədbirlər keçiriləcək. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi gündəmdə olacaq. Təşkilatda bu yöndə xüsusi müzakirələrin təşkil olunmasına əsas yaranıb. Əminəm ki, belə də olacaq. Təşkilata sədrliyimiz dövründə məsələ diqqət mərkəzində olacaq»- deyə, komitə sədri vurğulayıb.