Nizami rayonunda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində “Uşaqlar bizim sevincimizdir” adlı TƏDBİR KEÇİRİLİB

22 may 2017-ci il tarixində əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 №-li xüsusi məktəbdə Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində “Uşaqlar bizim sevincimizdir” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova beynəlxalq idman tədbiri olan IV İslam Həmrəylik Oyunlarının bu il may ayının 12-22 tarixlərində Bakıda keçirildiyini və bu tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv olan 54 ölkədən idmançıların iştirak etdiyini diqqətə çatdırıb. G.İsrafilova IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürü olduğunu söyləyib. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında idmanın 24 növü üzrə keçirilən yarışlarda Azərbaycan idmançılarının parlaq qələbə qazandıqlarını, 75 qızıl, 50 gümüş və 37 bürünc medalla birinci olduqlarını nəzərə çatdıran G.İsrafilova bu möhtəşəm qələbənin Azərbaycan xalqına  böyük qürur hissləri yaşatdığını bildirib.
Tədbir gənc müğənnilərin ifasında səslənən şən musiqi nömrələri ilə davam etdirilib. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar uşaqlarda gözəl əhval-ruhiyyə yaradıb. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər tədbiri daha da rəngarəng edib.

AzerTaym.az






Fikirlər