TƏCİLİ! Pensiya alanların DİQQƏTİNƏ : Bundan SONRA…

TƏCİLİ! Pensiya alanların DİQQƏTİNƏ : Bundan sonra…

Pensiya sistemində edilən yeni dəyişikliklər bir sıra suallar doğurub.

Saglamheyat.com bildirir ki, yaranmış suallar ətrafında iqtisadçı-alim Vüqar Bayramov bəzi məqamlara aydınlıq gətirib.

O, əhalini maraqlandıran 10 suala ətraflı izahat verib.

1. Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?
Cavab:Yeni dəyişikliklərə əsasən pensiyada olmaq yaşı orta hesabla 12 il nəzərdə tutulduğundan və minimum pensiya məbləğinin 110 manat olduğundan tələb edilən minimum yığım məbləği aşağıdakı kimi hesablanır:

12 il X 12 ay X 110 manat= 144 X 110 manat- 15 840 manat
Deməli, əmək pensiyasının alınması üçün 15 840 manat yığım tələb edilir.

2. Əgər pensiya yaşınadək 15 840 manat yığımaq mümkün olmayıbsa, o zaman pensiyaya çıxmaq üçün həmin məbləği necə artırmaq olar?
Cavab : Əgər vətəndaşın pensiya yaşı tamam olubsa və onun hesabında 15 840 manat yoxdursa, o zaman dəyişikliyə əsasən həmin məbləği 2 halda artırmaq mümkündür:
– Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib hesabına əlavə vəsait ödəyə bilər.
– Vətəndaş qalan fərqi birbaşa nağd şəkildə hesabında yerləşdirə bilər. Məsələn, pensiya yaşı tamam olan şəxsin hesabında 10 000 manat var və 5840 manat kəsir var. Bu zaman həmin şəxs özü və ya övladı və hətta işlədiyi təşkilat belə həmin pulu ödəyərsə o əmək pensiyası almaq hüququ qazana bilir.

3. Əgər tələb edilən yığım mümkün olmayıbsa və hesaba əlavə ödəniş imkanı yoxdursa, bu halda əmək pensiyası ala bilərmi?
Cavab: Dəyişikliklə bu halda istisnalar nəzərdə tutub. Əgər vətəndaş 25 il və daha çox əmək fəaliyyəti ilə məşğul olub həmin müddətdə hər az sosial ödəniş edibsə, o zaman hesabında hansı məbləğin olmasından asılı olmayaraq minimum məbləğdə əmək pensiyası ala bilir. Məsələn, pensiya yaşı tamam olan vətəndaşımızın yığım hesabında 7 min manat vəsait var, amma 25 il iş təcrübəsinə malikdirsə, o zaman da pensiya almaq hüququna malik olur.

4. Pensiya yaşı çatan şəxsin yığım hesabında minimum məbləğdən çox vəsait var, amma onun iş təcrübəsi 12 ildən azdır və bu zaman əmək pensiyası ala bilirmi?
Cavab: Yeni dəyişikliklərə əsasən 12 illik minimum iş təcrübəsi ləğv edilib. Bu baxımdan, əgər minimum məbləğ, hətta 5 il ərzində yığılsa da belə həmin şəxs əmək pensiyası almaq hüququna malikdir.AzerTaym.az






Fikirlər