Əli Kərimlinin xanım müavini ilə bağlı - 3 aylıq HƏBS QƏTİMKAN

Əli Kərimlinin xanım müavini ilə bağlı

AXCP sədrinin müavini Gözəl Bayramlı haqqında həbs qətimkan tədbiri seçilib.


"AzerTaym.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə cəbhəçilər məlumat yayıb.

Bildirilir ki, Səbail rayon məhkəməsinin qərarına əsasən, G. Bayramlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, xanım müavin Gürcüstandan Azərbaycan ərazisinə keçərkən saxlanılıb. Dövlət Sərhəd Xidməti onun üzərində 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürüldüyü barədə məlumat yayıb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.






Fikirlər