Deputatdan sosial şəbəkələrlə bağlı TƏKLİF: monitorinq APARILSIN
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı qadağan olunmuş dərman vasitələrinin sosial şəbəkələrdə reklam edildiyini nəzərə alaraq, bu istiqamətdə monitorinq aparılmasını təklif edib. Deputat Modern.az-a bildirib ki, sosial şəbəkələrdə qadağan olunmuş dərmanların reklamı aparılır ki, bu da qanunsuzdur. “Ancaq buna qarşı heç bir addım atılmır: Təklif edərdim ki, bununla bağlı hansısa monitorinqlər aparılsın. Qanunvericiliyi nə qədər möhkəmləndirsək də, bu məsələdə hələ də boşluq var. Belə hallar aradan qaldırılmalıdır”.