İcra başçısının qəzada ölən qardaşıyla bağlı ilginc məlumatlar - Putin mükafat VERİBMİŞ

Zərdab rayonunun icra başçısı Lütvəli Babayevin Novosibirskdə yol qəzası zamanı ölən qardaşı Əliağa Babayev Rusiyada nüfuzlu şəxslərdən imiş.

Bu barədə BakuPost.az-a L.Babayev özü məlumat verib. İcra başçısı bildirib ki, Ə.Babayev uzun illər Novosibirskdə yaşayıb və diaspor sahəsində xeyli xidmətləri olub. O, Novosibirsk Azərbaycan Cəmiyyətinin vitse-prezidenti olaraq azərbaycanlıların təşkilatlanması, onların qarşılaşdığı problemlərin həlli və Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi istiqamətində mühüm işlər görüb. Elə buna görə də Rusiya prezidenti Vladimir Putin onu ali dövlət mükafatı ilə təltif edib.
L.Babayev əlavə edib ki, qardaşının Rusiyanın və Novosibirskin dövlət məmurları ilə sıx münasibətləri olub. İcra başçısı ötən il 60 yaşını qeyd edən Əliağa Babayevin 2 oğul övladının olduğunu da bildirib: "Birinin adı Hüseyndir, birinin isə Məhəmməd. Məhəmməd Novosibirskdəki universitetlərdən birində hüquq fakültəsində oxuyur. O biri oğlu isə orta məktəb şagirdidir”.
Qeyd edək ki, Ə.Babayev Novosibirskdə "Lexus” markalı avtomobili ilə qəzaya düşüb. Onun qəza törətməsinə səbəb kimi ürəyinin qəfildən tutması göstərilir.
AzerTaym.az

 






Fikirlər