Aftandil Babayev niyə komitə sədri ola bilmədi?

 Aftandil Babayev niyə komitə sədri ola bilmədi?Mərkəzi Bankın sədr müavini ilə Akif Çovdarovun əlaqəsi olduğu iddia edilir…

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev vəfat edəndən sonra xeyli  müddət qurum başsız qalıb. 

NUH İnformasiya Agentliyinə ( NUH.az ) daxil olan məlumata görə, komitə sədrliyi uğrunda iki namizəd arasında xeyli mübarizə gedib. Namizədlərdən biri Nizami rayonunun o zamankı  başçısı Tahir Budaqov, digər namizəd  isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, sədrin müavini Aftandil Babayev olub. Məlumatda bildirilir ki, Aftandil  Babayevin MTN-lə sıx əlaqələri olub. Belə ki, Aftandil Babayevin xahişini lazımi şəxslərdən də Elman Rüstəmov xahiş edibmiş. Məlumatlı mənbə NUH.az-a bildirib ki, Elman Rüstəmov 1-ci devalvasiyaya  görə, ölkənin birinci şəxsinin yanında hörmətdən  düşdüyü üçün xahişi keçməyib. Sonra  məsələyə Aftandil Babayevin həmyerlisi və dostu olan MTN generalı Akif Çovdarov qoşulub. Onun da çabalarına baxmayaraq, sonda ölkə başçısı bu ilin avqust ayında Nizami RİH-nin başçısı Tahir Budaqovu Dövlət Statistika Komitəsinə sədri təyin edib.

 

Qeyd edək ki,  2 il əvvəl Aftandil Babayev  ölkənin bank sisteminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif  olunub. Tahir Budaqov isə xeyli müddət  ARDNŞ-ın rəhbərliyində olan şəxslərdən birinin  “kurasiya”sında olub. Məclislərin birində  Tahir Budaqov “kurator”unu savadsız  adlandırdığı üçün yolları ayrılıb. Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.






Fikirlər