Statistika Komitəsinin yeni sədri kollektivə təqdim olundu
DSK-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, T.Budaqovu kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.
Z.Nağdəliyev Komitənin yeni sədrinə və DSK-nın işçilərinə uğurlar arzulayıb.
Xatırladaq ki, avqustun 13-də Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri təyin edilib. T.Budaqov buna qədər Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
DSK-nın bundan əvvəlki sədri Arif Vəliyev 2014-cü il iyunun 23-də vəfat edib. Həmin tarixdən indiyədək sədri onun birinci müavini Həmid Bağırov əvəz edirdi.