Elçibəyin İsrailə göndərdiyi məxfi məktub - Novella Cəfəroğlunun ƏRİNDƏDİR
Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu “Xural” qəzetinə verdiyi müsahibədə Əbülfəz Elçibəylə Heydər Əliyevin münasibətləri barəsində bu günə qədər bilinməyən məqamlardan danışıb. “Qafqazinfo” xəbər verir ki, N. Cəfəroğlu deyib ki, hamı Heydər Əliyevi Moskvada söyəndə, Əbülfəz bəy mənimlə yoldaşımı çağırdı: “Bilirsən də, 1974-cü ildə Əbülfəz bəy həbs olunanda Heydər Əliyev hakimiyyətdə idi. Dedi ki, "bir türk oğlunu qoymurlar orada otursun. Baxın, gürcü var, erməni var, bir türk oğlu gedib ora”. Əbülfəz bəy dedi ki, "bir türk oğlu Moskvaya gedib, onu hər tərəfdən vururlar. Onun haqqında bir dənə məqalə yazın, müdafiə edin”. Dedik ki, "axı biz nə yazaq, biz nə bilirik ki?” Dedi sizə material verərəm. Bizə bir material verdi ki, Heydər Əliyev Azərbaycanda nə eləyib, biz də o məqaləni hazırladıq. Moskvada "Московские Новости” qəzetində Şvelyov soyadl bir dostumuz var idi. Həmin məqaləni ona göndərdik”. Daha sonra xanım Cəfəroğlu qeyd edib ki, Əbülfəz bəy məktubda elə qəşəng şeylər yazıb: "Yazdığı şeyləri də burada heç kəsə etibar eləməyib, mənim yoldaşıma göndərib, ondadır. O da mənə hətta oxumağa belə vermir. Deyir, “vaxtı, zamanı gələndə verəcəm…” AzerTaym.az