BSU – HƏR GÜN daha gur YANAN TƏHSİL OCAĞIMIZ! - ÖZƏL

  Картинки по запросу baki slavyan universiteti   

Son vaxtlar Azərbaycanın ali təhsil müəssisələri arasında Bakı Slavyan Universitetinin (BSU)   adı xüsusi ehtiramla çəkilir. Bir zamanlar ölkəmizin ən nüfuzlu ali məktəbləri sırasında yer alan, amma sonradan müəyyən səbəblərdən fəaliyyəti arxa plana keçən bu universitet NURLANA xanım ƏLİYEVAnın Rektor təyinatından sonra obrazlı desək,özünün ikinci bahar ömrünü yaşamağa başlayıb.                

Hazırda bütün istiqamətlərdə BSU-da bir canlanma,yenilənmə bir çiçəklənmə müşahidə olunur. İstər təhsilin keyfiyyəti,     istərsə müəllim-tələbə münasibətləri, istər şəffaflıq, istər digər vacib məsələlərlə bağlı sözügedən ali təhsil müəssisəsi yeni inkişaf dövrünə qədəm qoyub.

İndi BSU-da sözün həqiqi mənasında başqa ab-hava var. Universitetin dəhlizlərində azacıq dolaşmaq kifayətdir ki, özünü dünyanın ən nüfuzlu ali məktəblərində olduğu kimi, elm və təhsildən başqa qayğısı, düşüncəsi olmayan müəllim və tələbələrin əhatəsində hiss edəsən. Şəxsən mən bunun əyani şahidiyəm.

Universitetin dəhlizində çoxdankı tanışım, Pedaqogika və Psixologiya kafedrasının qocaman müəllimi, professor Kərim Məmmədovla qarşılaşıram, aramızda keçən qısa dialoqda Kərim müəllim, "Nurlana xanım BSU-da müəllim adını, müəllim şərəfini özünə qaytardı!" deyir.

Əslində Nurlana xanımın Slavyan Universitetinə rəhbərliyini elə bu bir cümlə ilə də aydın,konkret ifadə etmək olar. Bu bir cümlədə sözügedən ali məktəbin qısa vaxtda haradan haraya yüksəldiyinin sirri yatır!     

Mütləq qeyd etmək yerinə düşər ki, bir neçə il əvvələdək Bakı Slavyan Universitetinin fəaliyyətində çoxsaylı neqativ    məqamlarla rastlaşmaq olardı. Universitetin müasir standartlara cavab verən texniki bazasından tutmuş imtahanların şəffaf keçirilməsinədək bu cür saysız-hesabsız neqativ məqamlar ucbatından pedaqoji kollektiv özünü təhsil, tədris mühitindən uzaq düşmüş hesab edirdi.

Картинки по запросу baki slavyan universiteti

Birmənalı şəkildə demək lazımdır ki, Nurlana xanımın rektor təyinatındanm sonra vəziyyət 180 dərəcə dəyişib. O, universitetin fəaliyyətindəki çatışmazlıqlara dəqiq diaqnoz qoymaqla, həmin qüsurları, özü də çox qısa vaxtda aradan qaldırmağa, BSU-nin ALİ TƏHSİL OCAĞI olduğunu yenidən hər kəsə - həm müəllimlərə, həm tələbələrə xatırlatdı. Getdikcə daha gur yanan bu OCAĞIN istisinin, hərarətinin nəticəsidir ki, indi universitetin auditoriyalarından tutmuş dəhlizlərinədək qaynar təhsil, tədris mühitini hər addımda hiss etmək olar.

Elə ona görə də Kərim müəllimin Nurlana xanım BSU-da müəllim adını, müəllim şərəfini özünə qaytardı!" sözləri ilə razılaşmamaq, bunu universitetin fəaliyyətindəki böyük dəyişimi, yeniləşməni sadə və konkret dillə ümumiləşdirən səmimi, səmimi olduğu qədər də qiymətli sözlər kimi qəbul etməmək mümkün deyil!

Nurlana xanımın rektor vəzifəsinə gəlişi ilə xüsusi olaraq diqqət çəkən təqdirəlayiq məqamlardan biri, Slavyan Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı,dosent Şirinbəy Əliyevin də fəxrlə, qürurla dediyi kimi,"Bu ilk növbədə şəffaf, obyektiv şəraitdə, yalnız biliyin hərtərəfli və obvyektiv qiymətləndirilməsini əsas meyar kimi götürərək keçirilən imtahan prosesidir!".

Digər əksər ali məktəblərimiz üçün də yaxşı təcrübə ola biləcək bu imtahan prosesi həm müəllimlərdə, həm də tələbələrdə böy ük ruh yüksəkliyi, necə deyərlər, əsl təhsil şövqü yaradıb. Bir yandan müəllimlər tələbələrə daha böyük məsuliyyət hissi və           həvəslə mühazirələr oxuyur, onların peşəkar mütəxəssislərə çevrilməsi üçün bütün imkanlarını ortaya qoyur, o biri yandan da tələbələr biliklərinin düzgün, obyektiv qiymətləndirilməyə başladığını görüb daha şövqlə,maraqla dərslərə köklənirlər.    

Bunu da vurğulamağı vacib hesab edirik ki, artıq ikinci semestrdir universitetdə imtahanlara nəzarət və ümumilikdə bütün imtahan prosesi yaradılmış xüsusi qərargahda həll edilir. İmtahan sessiyalarının gedişi zamanı tələbələrin göstərdiyi nəticələrlə bağlı yarana biləcək hər hansı narazılığın mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi daşıyan bu qərargahın operativ, dürüst fəaliyyəti təqdirlə qarşılanır.Tələbələr başa düşürlər ki, artıq əvvəlki illərdən fərqli olaraq,   onların biliyinin qiymətləndirilməsində heç bir kənar müdaxilə, faktor zərrəcə rol oynaya bilməz. Bu da onları dərs ili boyunca diqqətlərini ancaq təhsilə yönəltməyə, imtahanlara səylə hazırlaşmağa, beləliklə, gələcəyin yüksək hazırlıqlı kadrları kimi yetişməyə sövq edir!      

Bütün bunlar, heç şübhəsiz, Nurlana xanımın qabaqcıl pedaqoq, təcrübəli təhsil adamı, hörmətli ziyalı olaraq,üstün keyfiyyətlərini özünün rektor fəaliyyətində əks etdirə bilməsinin məntiqi sonluğudur. O, bütün şüurlu həyatını öz xalqının maariflənməsinə, gənclərinin savadlı mütəxəssislər kimi yetişməsinə həsr edib: bu, dünən –  Sabir adına Pedaqoji Kollecin rəhbəri   olarkən də belə idi, bu gün – Nurlana xanım Bakı Slavyan Universitetinə rəhbərlik edərkən də belədir!

Amma deyəsən, BSU-nun əvvəlki şöhrətini özünə qaytarmış, müəllim adının müqəddəsliyini, şərəfini yenidən yüksəltmiş Nurlana xanımın bu cür uğurlu rektor fəaliyyəti kimlərisə narahat edir. Belə olmasaydı, onun rəhbərliyi altında bu təhsil müəsisəsinin olduqca qısa vaxtda qazandığı uğurları qısqanclıqla qarşılayan qaraguruhçu zehniyyət vaxtaşırı olaraq Nurlana xanım və bütövlükdə Slavyan Universitetinin fəaliyyətinə kölgə salmağa çalışmaz, yalandan, böhtandan, dedi-qodudan bir addım irəli getməyən cızma-qaralarla könül bulandırmağa çalışmazdı. Zaman-zaman dövrü mətbuata və ictimaiyyətə ötürülən bu yalanların ayaq tutub yeriməsi əlbəttə, onu uyduranlar üçün xam-xəyaldan başqa heç nə vəd etmir. Amma istər bir QADINa qarşı tutulan belə qərəzli, haqsız mövqe, istərsə də bir ali təhsil müəssisəsinin öz şan-şöhrətini geri qaytarılmasına qarşı sərgilənən kinli, ədalətsiz münasibət vicdanlı insanlarda qəzəb yarada bilməz. BSU-nun guya başqa bir ali məktəbə birləşdiriləcəyi yönündəki “xəyali xəbərlərdən” tutmuş Nurlana xanımın yaşı üzərindən rəvac verən, şərəfsizcəsinə aparılan "spekuliyasiya"laradək və bir çox bu kimi belə ürəkbulandıran dedi-qodular, qarayaxmalar kimsəyə başucalığı gətirmir,   əksinə, həmin dedi-qodu, “qara piar” sahiblərini bir az da acgöz,rəzil,miskin görkəmə salır!

Ən əsası isə, sevindirici haldır ki, kimlərinsə çirkli məqsədlər, cılız maraqlar naminə üyütdükləri yalan və iftiralara baxmayaraq, Nurlana xanım yalnız irəli – inkişafa, yüksəlişə boylanır, BSU isə Azərbaycanın ali təhsil sisteminin lokomotivi olmaq yolunda mətin addımlarla irəliləyir, hər gün öz uğurlarının sırasına yeni nailiyyətləri əlavə edir!

Azər Abdul,xüsusi olaraq

"AzerTaym.azüçün.

  

 

 

 

 

 

 

 

  

  

 

 

 

 

 






Fikirlər