27.06.2014.- Müəllimlər MÜƏLLİMİ, LİDER QADIN! Nurlana Əliyeva - FOTOLAR
Gəlin, bu böyük ziyalı şəxsiyyətimizi daha yaxından tanımağa çalışaq… Görkəmli alim, yorulmaz ictimai xadim Azər Abdul.
TƏCRÜBƏLİ RƏHBƏR, yorulmaz İCTİMAİ XADİM,QAYĞIKEŞ İNSANIN portretindən cizgilər…
Müdrik olmaq asandır və ya çətin? Bir insan eyni zamanda ikisindən də ola bilərmi?
Müdriklik - bu bir müəyyən qanun deyil, bu dünyanı və həyatı qəbul etmək qabiliyyətidir.
Müdriklik - bu heç kəsin sonradan öyrənərək özünə tətbiq edəcəyi bir nəsnə deyi, bu istedaddır. Bu o deməkdir ki, həmin şəxsə çətin dəqiqələrdə müraciət etmək olar, o, istənilən sitiuasiyada sizi daim dəstəkləyə və məsləhət verə bilir, onunla dünya daha parlaq,daha maraqlı olur, o danışanda isə problemlər və çətinliklər öz-özünə “əriyərək yoxa çıxır” sanki…
Bütün dövrlərdə belə istedadlı və müdrik insanlar olub və bütün sivilizasiyalar öz inkişafına görə məhz onlara borcludur. Bu baxımdan ölkəmizin inkişaf və tərəqqisində də əvəzolunmaz rola malik olan şəxsiyyətlər kifayət qədərdir. Onları tanımaq, gənc nəslə tanıtmaq isə hər birimizin ümdə vəzifələrindəndir. Məhz belə böyük şəxsiyyətlərin işığı yetişməkdə olan nəslin həyat yoluna istiqamət verə, onlara düzgün yönü göstərə bilər.
Belə parlaq və ziyalı şəxsiyyətlərimizdən biri isə Azərbaycan Pedoqoji Kollecinin direktoru, əməkdar müəllim, filologiya elmləri doktoru, professor, "Şöhrət" ordenli Nurlana xanım Əliyevadır.
Onu daha yaxından tanımaq borcumuzdur
Nurlana Müzəffər qızı Əliyeva 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub.
Görünür, elə ziyalı ailəsində dünyaya göz açması onun bir şəxsiyyət kimi formalaşmasında da mühüm rol oynayıb.Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana xanım daha sonra təhsilini ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra- 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edir.
Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslüb axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür.
12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda YAP Respublika Qadınlar Şurasının sədridir.
2004-cü ildə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb, 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Ailəlidir, 2 övladı, 5 nəvəsi var.
Müəllimlər müəlliminin “uğur düsturu”
Nurlana xanım uzun illərdir ki, respublikada çox nüfuzlu təhsil ocaqlarından birinə rəhbərlik edir. Qüsursuz idarəçiliyi, çox yüksək təşkilatçılıq qabiliyyəti sayəsində rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedoğoji Kolleci bu gün sayılıb-seçilən təhsil ocaqlarımızdandır. Gənc pedoqoqların hazırlanmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirən bu təhsil ocağını bitirən minlərlə şəxs hazırda ölkənin ən müxtəlif şəhər və rayonlarında çalışır. Bu təhsil ocağının məzunları çalışdıqları hər yerdə özlərinin yüksək savadı və intellectual səviyyələri ilə seçilməkdədir. Bu isə heç şübhəsiz ki, təhsil aldıqları Azərbaycan Dövlət Pedoqoji Kollecinin rəhbərliyinin, xüsusilə təhsil ocağının direktoru Nurlana xanımın gərgin əməyinin bəhrəsidir. Elə bu məqamı nəzərə alaraq Nurlana Əliyevanı müəllimlər müəllimi adlandırmaq daha doğru olar.
İdarəçilikdə sərt və barışmaz olan Nurlana xanım tələbələrinə qarşı olduqca qayğıkeş münasibəti ilə fərqlənir.
Onun tələbələrinin hər bir probleminə anlayışla yanaşması, onların həlli istiqamətində əlindən gələn əsirgəməməsinə dair onlarla fakt göstərmək olar. Şəxsi imkanlarıyla nisbətən az təminatlı tələbələrə daim dəstək olan Nurlana xanım elə bu xüsusiyyətlərinə görə də tələbələri arasında çox böyük nüfuza sahibdir. İstər rəhbər, istərsə də insan kimi çox yüksək məziyyətlərə sahib olan Nurlana xanımın çoxları üçün sirli qalan “uğur düsturu” elə bəlkə bundan ibarətdir? Amma səbəbin nə olmasından asılı olmayaraq fakt bundan ibarətdir ki, Nurlana xanım həm pedoqoji, həm ictimai fəaliyyətində heç zaman sıradan biri olmağa əsla razı olmayıb, harda olubsa işə ürəklə yanaşıb və bu xüsusiyyət artıq onun LİDER QADIN obrazını müəyənləşdirib.
Onun ümummilli liderimiz Heydər Əliyevin qurucusu, möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi uğurla davam edən fəaliyyəti də məhz bu amillə izah oluna bilər. Qadınlar Şurasının sədri kimi həyata keçirdiyi uğurlu fəaliyyət isə Nurlana xanımın həm də ictimai-siyası xadim kimi xidmətlərindən xəbər verir.
Hesab edirik ki, müasir Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Nurlana xanımın fəaliyyəti dövlət səviyyəsində də çox yüksək səviyyədə qiymətləndiriləcək. Düzdür, onun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirilib. Bu baxımdan yalnız bir faktı xatırlatmaq yerinə düşər ki, Nurlana Əliyeva çox az sayda şəxsə müyəssər olan nüfuzlu “Şöhrət” ordeni ilə təltif olunub, onun fəaliyyəti hər zaman yüksək qiymətləndirilib və s. Bununla belə, Nurlana xanımı sevənlər bundan daha artığını gözləyir ki, bu istəyi də təbii qəbul etmək lazımdı.
Biz isə sonda “ Müəllimlər müəllimi” adlandırdığımız Nurlana xanıma can sağlığı, gələcək fəaliyyətində isə yeni-yeni uğurlar arzulayırıq.
Yaxşı ki, sizin kimi böyük insanlar hələ də var, Nurlana xanım!