16.01.2014. - İnsanların xeyir işə həvəsləndirilməsi özü bir savabdı, ehsandır

16.01.2014.  -  İnsanların xeyir işə həvəsləndirilməsi özü bir savabdı, ehsandır «Yaxşılıq elə bir şeydir ki, insanın ürəyi etdiyi xeyirxah əməlindən dözüm və rahatlıq tapır. Müdriklərimizdən bizə miras qalan ən dəyərli sərvət onların «insanların xeyir işə həvəsləndirilməsi savabdır, ehsandır»
kimi sözləridir».

Bu deyim Bakının Sabunçu rayonundakı 2 saylı Doğum Evinin baş həkimi, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri Mehriban Abbasquliyevaya məxsusdur. Təmsil etdiyi təşkilatın təşəbbüsü ilə keçirilən qanvermə aksiyası barədə danışarkən söyləmişdir.
İnsanlıq naminə canından qan verməyi bacaran Mehriban Abbasquliyeva daim Vətən qarşısında, xalq qarşısında, dövlət qarşısında özünə yeni-yeni xeyirxah missiyalar müəyyənləşdirən, daşıdığı vəzifələri vicdanla yerinə yetirəndən sonra bununla kifayətlənməyib vəzifəsini daha da dərinləşdirən, zərif çiyinlərinə əlavə öhdəliklər götürən ziyalı azəri qızıdır.
16.01.2014.  -  İnsanların xeyir işə həvəsləndirilməsi özü bir savabdı, ehsandır
16.01.2014.  -  İnsanların xeyir işə həvəsləndirilməsi özü bir savabdı, ehsandır
16.01.2014.  -  İnsanların xeyir işə həvəsləndirilməsi özü bir savabdı, ehsandır
Mehriban Abbasquliyevanın rəhbərlik etdiyi 2 saylı Doğum Evi paytaxtın sayılıb-seçilən tibb müəssisələrindən biridir. Burada göstərilən tibbi xidmətin keyfiyyəti pasientlərdə razılıq doğurur. Ana və uşaqların sağlamlığının təmini üçün ölkə səhiyyəsində mövcud olan ən qabaqcıl texnika və üsullar bu müəssisədə tətbiq olunur. Doğum Evinin səriştəli tibb işçilərinin qayğısı sayəsində ötən dövrlərdə ölüm halları baş verməmişdir. Dərman preparatları sarıdan problemlər yoxdur.
Doğrudur, bu müəssisə də neqativ hallardan xali deyildir. Nöqsan və çatışmazlıqlar o yerdə yoxdur ki, orada ümumiyyətlə, fəaliyyət yoxdur. Ancaq obyektivlik naminə söyləmək lazımdır ki, orta statistik analoji müəssisələr barədə KİV-də dolaşan kəskin tənqidi fikirlər bu müəssisə barədə söylənilmir. 2 saylı Doğum Evi barədə belə bir müsbət ictimai rəyin formalaşmasında isə əlbəttə ki, baş həkim Mehriban Abbasquliyevanın vəzifəsinin öhdəsindən vicdanla gəlməsinin, tələbkarlığının,özünütənqidin və yüksək məsuliyyət hissinin rolu böyükdür.
Mehriban Abbasquliyeva həm də əlbəttə ki, vətənpərvər el qızıdır. Bu müstəvidə gördüyü işlər, həyata keçirdiyi, qatıldığı tədbirlər, etdiyi çıxışlar, söylədiyi nitqlər sözün həqiqi mənasında vətənpərvərlik nümunəsidir. Yadımdadır, Milli Ordumuzun zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiya olunması və zabitimizin ayağının Vətən torpağına dəyən kimi Ali Baş Komandan tərəfindən əfv olunması ilə barışa bilməyən erməni millətçiləri Yerevandakı Macarıstan Konsulluğunun qarşısında etiraz aksiyası keçirmişdilər. Bu hadisə ikili standart yeridən ölkələri və güc mərkəzlərini narahat etmişdi. Mehriban Abbasquliyeva bu məsələyə biganə qala bilməmiş, KİV-ə verdiyi müsahibədə münasibətini kəskin formada ortaya qoymuşdu:
«Nə üçün özünü demokratiyanın qarantı, insan hüquq və azadlıqlarının ən ali təminatçısı hesab edən dövlətlər onlara sərf edən bütün məqamlarda demokratiyanı «unudurlar»? Nə üçün yüzlərlə azəri türkünü qanına qəltan etmiş qatil, quldur Serj Sarkisyanın əməllərinə göz yumulur? Cavab verməyə çalışanlara demək istərdik ki, dünya çapında quduz cani kimi tanınan terrorçu Monte Melkonyanı gətirib ermənilərin milli qəhrəmanı elan edəndə, həmin demokratiyadan danışanlar, İrəvanı niyə yerinə oturtmadınız?»
Mehriban Abbasquliyevanın ictimai fəaliyyəti əsasən Yeni Azərbaycan Partiyası ilə bağlı olsa da, istər bu təşkilatın, istərsə də üzv olduğu qadın ictimai birliklərinin xətti ilə keçirilən tədbirlərdə təmasda olduğu, köməklik göstərdiyi insanlar üçün onun siyasi mənsubiyyəti, əqidə yolu bəlkə də ikinci plandadır. Necə ki, baş həkimi olduğu doğum evində dünyaya göz açan uşaqlar üçün vətəndaşı olacaqları ölkədə kimin iqtidar, kimin müxalifət olacağının əhəmiyyəti yoxdur. Mehriban xanım nəzərə alır ki, ilk növbədə insanlar bir-birlərindən humanizm, xeyirxahlıq umurlar.
Sədrlik etdiyi YAP Sabunçu rayon təşkilatının xətti ilə tez-tez əhalinin sosial müdafiəyə, qayğıya ehtiyacı olan kəsimi ilə, imtiyazlı kateqoriyanın mənsubları ilə, ahıl və tənha insanlarla ünsiyyətdə olan, onlara göstərilən maddi və mənəvi qayğının mərkəzində duran Mehriban Abbasquliyevanın ictimai fəaliyyətində yetişməkdə olan nəsillə – uşaq və gənclərlə apardığı iş də prioritet istiqamət təşkil edir. Onun iş vaxtı rəhbərlik etdiyi Sabunçu rayon 2 saylı Doğum Evində keçsə də, Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün pansionatı da ziyarət etməyə vaxt tapır, «Bilik Günü»nü məktəbdə uşaqlar arasında keçirməyə də.
Sabunçu İcra Hakimiyyəti başda olmaqla, rayonun bütün sosial əhəmiyyətli idarə və təşkilatlarının rəhbər və funksioner vəzifəli şəxsləri Mehriban xanım Abbasquliyevanı özlərinə etibarlı tərəf müqabili hesab edirlər.
Bəlkə də jurnalist həmkarlarım diqqət yetirmiş olarlar: Daim qayğılı görünür, telefonla çox danışdığı nəzəri cəlb edir. Gah zəng edib hansısa aztəminatlı ailənin uşaqlarına pulsuz məktəbli geyim forması təşkil edir, gah da rayon məktəblərinin məzunları sırasından yüksək bal toplamış gəncə hansısa qurumdan maddi yardım, təqaüd verilməsinə nail olmaq istəyir. Demək olar, əksər hallarda istədiyinə müvəffəq olur. Xeyir işə, xeyirxah işə Allah zamindir deyib atalarımız. İnanaq ki, bundan sonra da Mehriban xanım saleh əməllərinin sırasını genişləndirəcək.






Fikirlər