ALİ TƏHSİLİMİZİN QÜRUR YERİ – QƏRB UNİVERSİTETİ - ÖZƏL!

Image result for qərb universiteti

Azərbaycanın ilk özəl universitetlərindən biri olan, əsası 1991-ci ildə qoyulan və aradan keçən 26 il ərzində ölkənin aparıcı universitetlərindən birinə çevrilən, ölkə hüdudlarından kənarda da böyük nüfuza malik QƏRB UNİVERSİTETİ qış semestr imtahanlarını uğurla tamamladı.

Vurğulamaq yerinə düşər ki, bu ali təhsil müəssisəsinin çoxillik tarixi ona bir çox istiqamətlərdə ciddi üstünlüklər, beləliklə, həm də zəngin təcrübələr qazandırıb. Bu təcrübələrin bir çoxunu Azərbaycan ali təhsil sistemində, - istər özəl, istərsə də dövlət ali məktəblərinin bir çoxunda tətbiq etməklə yaxşı nəticələr qazanmaq mümkündür. Buna Qərb Universitetinin ötən illərdə əldə etdiyi və əldə etməkdə olduğu nailiyyətlər təminat verir!

Universitetin belə uğurlu təcrübələrdən biri də imtahanların təşkilidir.

Hər il olduğu kimi, bu il də Qərb Universitetində tələbələrin biliklərinin qiymətləndirilməsi çox yüksək səviyyədə, şəffaf və obyektiv şəkildə başa çatdırıldı.

Qış semestr imtahanları boyunca müəllimlər tələbələrin əldə etdikləri bilikləri dəyərləndirərkən, məhz bu iki kriteriyanı – şəffaflığı və obyektivliyi başlıca meyar kimi götürdülər.

Əslində, bu meyarların tətbiqi Qərb Universiteti üçün qətiyyən yenilik deyil. Bu ali təhsil ocağının 26 illik tarixi məhz tələbələrə yüksək təhsil verməklə bərabər, onların əldə etdikləri bilikləri heç bir kənar faktorların iştirakı olmadan, sadəcə şəffaf və düzgün qiymətləndirmək prinsipi üzərində qurulub. Başqa cür olması da mümkün deyil: çünki Qərb Universiteti hələ yaradılarkən qarşısına məhz iqitsadi keçid və ondan sonrakı dövrdə ölkənin maraqlarını təmin edə biləcək yüksək səviyyəli mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək vermək məqsədi qoymuş, bunun üçünsə müasir təhsil standartlarının tətbiqini əsas prinsip kimi müəyyənləşdirmişdi.

Elə bunun nəticəsidir ki, ötən illər ərzində bu təhsil ocağının məzunu olanların iş, karyera baxımından qazandığı uğurları sadalamaqla bitməz. Buna sonuncu parlaq nümunə bu yaxınlarda Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Əfəndiyev Ağasəməd Veyis oğlunun həmin nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilməsidir. Məsələ burasındadır ki, Ağasəməd müəllim 1995-ci ildə məhz Qərb Universitetinin İşgüzar-inzibatçılıq fakültəsini bitirib.

Bu ali təhsil ocağı məzunlarının həyatda əldə etdikləri belə çoxsaylı nailiyyətlər Qərb Universitetində təhsil və tədris işinin doğru şəkildə qurulmasının məntqi yekunudur.

Uğurlu karyeranın təməli!bu adıçəkilən universitetin əsas devizlərindən biridir və kifayət qədər örnək gətirərək, əminliklə demək olar ki, həmin deviz yalnız ümumi sözlərdən ibarət deyil, reallıqda da təsdiqini tapır, vəddən əmələ çevrilir.

Qərb Universitetində istər yay, istərsə də qış semestr imtahanlarının şəffaf və obyektiv şəkildə təşkili isə bu istiqamətdə önəmli addımlardır və hesab edirik ki, semestr imtahanlarının bu cür təşkili təcrübəsindən digər ali məktəblərimiz də faydalana bilərlər.

Image result for qərb universiteti

Açıq qeyd etmək lazımdır ki, elə sonuncu qış semestr imtahanları dövründə ölkə mətbuatında ayrı-ayrı dövlət və ya qeyri-dövlət universitetlərinin bəzilərində xoşagəlməz halların yaşandığı, neqativ hallara yol verildiyi barədə kifayət qədər materiala rast gəlindi. Həm sevindiricidir, həm də qətiyyən təəccüblü deyil ki, məhz bu baxımdan Qərb Universiteti Azərbaycan ali təhsil sisteminin azsaylı istisnalarından biridir. Bu ali təhsil ocağında qış semestr imtahanları sözün həqiqi mənasında bayram əhval-ruhiyyəsində keçdi. Bu da təbiidir: hər bir tələbə üçün onun biliyinin şəffaf və dürüst şəkildə qiymətləndirilməsindən böyük hansı sevinc ola bilər? Ya da bir müəllim üçün öz tələbəsinin biliklərini ədalətli şəkildə dəyərləndirmək imkanının yaranmasından böyük fərəh təsəvvür etmək olarmı?

Sevindirici haldır ki, sadaladığımız məqamlar Qərb Universitetinin “olmazsa olmaz” deyə biləcəyimiz iş prinsipinə, fəaliyyət mexanizminə çevrilib. Bu isə həm universitetdə müstəqil Azərbaycanımızın gələcəyi üçün peşəkar, yüksək səviyyəli kadrların yetişməsi, həm də universitetin ölkəmiizin ali təhsil sisteminin müasir dünya standartlarına yaxınlaşması prosesinə misilsiz töhvə verməsi deməkdir.

Şübhəsiz ki, bütün bunlar Qərb Universiteti rəhbərliyinin bir tərəfdən məqsədyönlü, digər bir tərəfdən isə gərgin, fədakar əməyinin məhsuludur. Aydın hiss olunur ki, universitet rəhbərliyi bugünki dünya təhsilində cərəyan edən proseslərdən, yeniliklərdən yaxşı xəbərdardır və eyni zamanda professional idarəçilik keyfiyyətlərinə malikdir.Bu isə onlara Qərb Universitetini bütün müsbət parametrlər üzrə Azərbaycan ali təhsil sisteminin lokomotivlərindən birinə çevirmək fürsəti yaradır.

Tələbələrlə yaxından və ardıcıl ünsiyyəti öz qarşısına əsas vəzifələrdən biri kimi qoyan universitet rəhbərliyi bununla da onların fikir və düşüncələri ilə yaxından tanış olmaq, təlim və tədris prosesində bu tanışlığın verdiyi imkanlardan yararlanmaq şansı qazanır və beləliklə də daha uğurlu nəticələr əldə etmək baxımından yeni fürsətlər əldə edilir.

Təqdirəlayiq haldır ki, Qərb Universitetinin rəhbərliyi hər bir tələbəyə gələcəyin peşəkar kadrı kimi yanaşır, elə ona görə də tələbələrinin yalnız kadr kimi deyil, şəxsiyyət kimi hazırlığını da ön planda tutur. Əminliklə demək olar ki, bu ali təhsil ocağının tələbələri iş, karyera həyatına məhz Qərb Universitetinin məzunu kimi atılacaqlarına görə çox şanslıdırlar. Qərb Universitetində 4 il boyunca aldıqları təhsillə bərabər, əldə etdikləri müsbət təcrübələr onlara həyatda layiqli yer tutmaq təminatı verir!

Image result for qərb universiteti

Image result for qərb universiteti

Haqqında danışdığımız ali məktəbin öz tələbələrinə bu cür münasibəti digər universitetlərimiz üçün də örnəyə çevrilməlidir.

Ümumiyyətlə, Qərb Universitetinin fəaliyyəti ilə yaxından tanış olduqca yazı boyu bir neçə dəfə vurğuladığımız məqamda nə qədər haqlı olduğumuza şübhə qalmır: ölkədəki bir sıra ali məktəblərin bu universitetdən əxz edəcək və fəaliyyətində tətbiq edə biləcək çox şey var!.

Bizə isə sonda QƏRB UNİVERSİTETİ haqqında indiyə qədərki fəaliyyəti, elm və təhsil nailiyyətləri ilə haqq etdiyi sözləri yüksək səslə söyləmək qalır: Azərbaycan ali təhsilinin qürur yeri, YOLUN AÇIQ OLSUN!

Azər Abdul.






Fikirlər