Bir Şərq ölkəsinin elm,təhsil saçan QƏRB UNİVERSİTETİ -ÖZƏL!
Bu ali təhsil ocağı öz parlaq fəaliyyəti ilə başqalarına yaxşı örnəkdir... Azərbaycanın müstəqillik illərində yeni təhsil sisteminin formalaşmasında müstəsna rol oynayan elmi müəssisələrdən biri də Qərb Universitetidir. Müstəqil Azərbaycanın ilk özəl universitetlərindən biri kimi bu ali təhsil ocağının əsası 1991-ci ildə qoyulub.Hazırda isə o, ölkənin aparıcı universitetləri sırasında dayanır. Qərb Universiteti iqtisadi keçid və ondan sonrakı dövrdə ölkənin maraqlarını təmin edə biləcək yüksək səviyyəli mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək vermək məqsədilə elmi müəssisə kimi təsis edilib. Dünyanın müxtəlif ölkələrindən bir çox tələbənin Universitetə axını onun beynəlxalq nüfuzundan xəbər verir.Elə bu günlərdə başa çatan yay imtahan sessiyası da Qərb Universitetinin artıq müasir təhsil standarlarını mənimsəmiş və bunu praktikada çox böyük uğurla həyata keçirməyi bacarmış bir elmi müəssisə olduğunu sübut etdi. Bu barədə bir qədər sonra... Öncə onu deyək ki,Qərb Universiteti 1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun üzvüdür. Həmçinin o, 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin və 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun üzvü olan Qərb Universiteti təkcə son aylarda bir sıra əhəmiyyətli işlərə imza atıb.İlin əvvəlindən bu yana Qərb Universiteti ilə Çinin 50 ən yaxşı universitetindən biri olan Jiangnan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb, "Azərbaycan Respublikasının xarici siyasət prioritetləri və parlamentlərarası münasibətlər” adlı elmi seminar təşkil edilib. Son 6 ayda Qərb Universitetində həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedoqoji Universiteti və Qərb Universitetinin təşkilatçılığı ilə H.Əliyevin 93-cü ildönümünə həsr olumuş"Dilşünaslıqda müasir problemlər” mövzusunda elmi konfrans keçirilib, bundan başqa AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu ilə birgə «Azərbaycanda multikulturalizm: təcrübə, tədris və tədqiqatlar» mövzusunda dəyirmi masa təşkil olunub. Ümumiyyətlə ilin əvvəlindən bəri Qərb Universiteti çoxlu sayda elmi görüşlərin, konfransların ünvanına çevrilib. Bu da onu deməyə əsas verir ki, bu ali təhsil ocağı yalnız peşəkar kadrların hazırlığı ilə məşğul deyil, Qərb Universiteti eyni zamanda sözün həqiqi mənasında elm məbədi rolu oynayır. Qeyd edək ki, mütərəqqi ölkələrin praktikasında bu adi haldır. Azərbaycanda da ali təhsil müəsssiələrinin yalnız kadr hazırlığı ilə məşğul olmaqla kifayətlənməyib, həm də elmi diskussiyaların, tədqiqatların mərkəzinə çevrilməsi vacibdir. Fəxrlə qeyd etmək lazımdır ki, artıq Qərb Universiteti bu istiqamətdə kifayət qədər ciddi addımlar atıb və mühüm uğurlar qazanıb. Belə düşünmək üçün kifayət qədər əsaslarımız var ki, sözügedən Universitet gələcəkdə təhsil və elm sahələrində daha böyük nailiyyətlərə imza atacaq. Qərb Universitetinin bunun üçün hər cür mövcud potensial imkanları - elmi-pedaqoji bazası, xarici əlaqələri, ən əsası isə 25 illlik zəngin təcrübəsi var. Eyni zamanda müstəqil Azərbaycanın ictimai-siyasi həyatında da aktiv iştirak edən bu Universitet, ölkəmizdə dövlətçilik təfəkkürünün yetkinləşməsində, milli maraqlara və dəyərlərə sadiqlik hissinin güclənməsində əlindən gələni əsirgəmir. Qərb Universitetinin son aylardakı fəaliyyətindən danışarkən 1-2 iyul 2016-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasının binasında "Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirildiyini xüsusi qeyd etməyə dəyər. Layihədə məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyəcan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etmək olmuşdur. Fikrimizcə, bu layihə Qərb Universitetinin Azərbaycanın ali həhsil sistemindəki çoxsaylı yeniliklərindən biri olmaqla bərabər, eyni zamanda nümunə təşkil etməli və digər ali təhsil ocaqları da oxşar təcrübədən faydalanmalıdır. Axı hər bir abituryent potensial tələbədir və universitetlərimiz onların bu prosesi uğurla keçməsində onlara əllərindən gələn yardımı əsirgəməmlidirlər.Təkcə elə bu məsələdə də öncüllük etdiyi üçün Qərb Universitetinə ayrıca minnətdarlıq düşür. Yenicə başa çatan yay imtahan sessiyası isə Qərb Universitetinin Azərbaycanda müasir təhsil standartlarının tam bərqərar olmasında nə qədər mühüm rol oynadığının ifadəsidir. Universitetdə imtahanlar tam obyektiv şəkildə, şəffaf qaydada keçirilmişdir. Etiraf edək ki, buna nail olmaq o qədər də asan deyil. Amma Qərb Universiteti öz yaradılış fəlsəfəsinə - iqtisadi keçid və ondan sonrakı dövrdə ölkənin maraqlarını təmin edə biləcək yüksək səviyyəli mütəxəssislər yetişdirmək missiyasına sadiqliyini növbəti dəfə sübut etmiş, yay imtahan sessiyasında yeganə meyar- tələbələrin intellektual səviyyəsi olmuşdur.
Elə Universitetin məzun törənlərində tələbələrin çıxışları da bu ali təhsil ocağında imtahan sessiyalarının necə uğurla, düzgünlük və dürüstlük prinsipləri, ən əsası da “Qüvvət bilikdədir!” meyarı ilə təşkil olunduğunun bariz göstəricisidir. Məzun tələbələrin 4 il ərzində həm təhsil, həm təcrübə cəhətdən şox şey əldə etdiklərini,gələcəkdə yenə təhsil almaq şansları olduğu halda yenidən düşünmədən Qərb Universitetini seçəcəklərini söyləmələri bu elm və təhsil məbədinin mötəbərliliyindən xəbər verir. Ümid edək ki, Qərb Universitetinin şəffaflığa, obyektivliyə, ən əsası isə biliyin gücünə dayanan imtahan sessiyaları digər ali təhsil ocaqlarımız üçün də örnək rolunu oynayacaq və beləliklə də, qısa zamanda biz Azərbaycan təhsilinin yüksək zirvələri fəth etməyə başlamasına şahidlik edəcəyik. Azər Abdul.