Azərbaycan təhsilində yeni HADİSƏ - Bakı Humanitar KOLLECİ NÜMUNƏYƏ ÇEVRİLİR! - ŐZƏL.
Ötən il Azərbaycanın təhsil sistemində atılan önəmli addımlardan biri də Bakı Humanitar Kollecinin Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci ilə birləşdirilməsi oldu. Belə bir addımın atılmasını labüd edən bir çox səbəblər vardı. Onlardan ən başlıcası isə, heç şübhəsiz, eyni mahiyyətli iki təhsil müəssisəni vahid idarəetmədə birləşdirərək, həm kifayət qədər xərclərə qənaət olunması, həm də təhsil və tədrisdə səmərələliyin əldə edilməsi imkanlarının artırılmasıdır. Şübhəsiz ki, Nazirlər Kabinetinin Təhsil Nazirliyi ilə razılaşdırılmış qaydada atdığı bu addım yüksək qiymətləndirilməlidir, ən azı ona görə ki, bu, ölkənin təhsil standartlarının yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində addımdır və müasir dövrün tələblərinə tamamilə uyğundur. Bütün proqnozlar göstərir ki, haqqında danışılan birləşmiş təhsil müəssisəsi öz uğurları ilə yaxın vaxtlarda adından bəhs etdirməyi bacaracaqdır. Unutmaq lazım deyil ki, son illərdə ölkədə orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması bu təhsil pilləsində kadr hazırlığının səmərə və keyfiyyətinin yüksəldilməsinə, müasir təhsil sisteminin tələblərinə cavab verməsinə xidmət edir. Üstəlik, təhsili idarəetmə sisteminin və infrastrukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və ölkəmizin inkişaf konsepsiyasına uyğun yenidən qurulması tədbirləri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilir. Bu da deməyə əsas verir ki, adıçəkilən iki kollecin birləşdirilməsi Azərbaycan təhsilinin gələcək inkişafı istiqamətində atılmış kifayət qədər uzaqgörən addımdır və ən qısa zamanda biz bu addımın müsbət bəhrəsini görməyə başlayacağıq. Eyni zamanda sözügedən qərarın adıçəkilən təhsil müəssisində müəllim-tələbə münasibətlərinin yenidən, həm də müasir təhsil standartlarına uyğun formalaşdırılmasında müsbət rol oynayacağı birmənalıdır. Bütün hallarda heç bir şübhə yoxdur ki, istənilən halda məlum qərarın verilməmişdən əvvəl hər şey kifayət qədər ölçülüb-biçilib və aydın məsələdir ki, ölkə təhsilinin daha da inkişaf etdirilməsinə imkan verəcək qərar qəbul olunub. Bunu Bakı Humanitar Kollecində qış semestr imtahnalarının şəffaf şəkildə keçirilməsi də təsdiqləyir.Bəzi üzdəniraq media orqanlarında qara piar məqsədilə və qeyri-sağlam niyyətlərlə ortaya atılan böhtan xarakterli iddiaların əksinə olaraq, bu təhsil müəssisəsində qış semestr imtahanları tamamilə ədalətli şəkildə baş tutub. Tələbələrin bilik və bacarıqları kifayət qədər obyektiv şəkildə qiymətləndirilib. Elə bunun nəticəsidir ki, Bakı Humanitar Kollecinin tələbələrinin imtahanlarla bağlı hər hansı giley-güzarına rastlanmayıb. Onu da xüsusi olaraq qeyd etməyə dəyər ki, bu təhsil müəssisəsinə Vaqif Əmiraslanov kimi peşəkar, fədakar alim və pedaqoq insan rəhbərlik edir. Vaqif müəllim xalqımızın maariflənməsi işində, eyni zamanda ölkənin təhsil sistemində kifayət qədər təcrübə sahibidir. Belə kadrların varlığı isə Azərbaycan təhsil sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılmasında, bununla bərabər, yeni inkişaf mərhələsinə qədəm qoyulmasında müstəsna əhəmiyyət kəsb edir.
Bakı Humanitar Kollecinin fəaliyyəti ölkənin orta ixtisas təhsili sistemi üçün sözün həqiqi mənasında nümunədir. Bu təhsil ocağında tədris planında göstərilən fənlər üzrə tələbələrə dərin nəzəri biliklərin verilməsi ilə yanaşı, praktik bacarıq və vərdişlərin aşılanmasına, bu məqsədlə pedaqoji təcrübələrin təşkilinə daim yüksək diqqət göstərilir, dərslərdə yeni təlim texnologiyalarından, fəal təlimdən istifadəyə üstünlük verilir, müəllimlər qeyri-ənənəvi dərs formalarından istifadəyə, innovativ fəaliyyətə həvəsləndirilir. Elə ona görədir ki, sözügedən kollecin tələbələrinin təhsil səviyyəsi hamı tərəfindən təqdirlə qarşılanır. Mütəxəssislərin əksəriyyətinin qənaəti bundan ibarətdir ki, Bakı Humanitar Kolleci həm tədrisin vəziyyətinə, həm pedaqoji kollektivin peşəkarlığına, həm də tələbələrin hazırlıq səviyyəsinə görə ölkənin təhsil sistemində qabaqcıl yerlərdən birini tutur, elə ona görə də əksər təhsil ocaqlarının bu kollecin təcrübəsindən faydalanmasına və bəhrələnməsinə böyük ehtiyac duyulur. Daha bir təqdirəlayiq məqamı qeyd etməmək olmaz: Bakı Humanitar Kollecində tələbələrin ümumi təhsil və ixtisas fənləri üzrə biliklərə, bacarıq və vərdişlərə mükəmməl yiyələnməsi ilə bərabər, milli və bəşəri dəyərlərə, yüksək insani keyfiyyətlərə yiyələnməsinə, fəal vətəndaş mövqeyi olan mütəxəssislər kimi yetişməsinə də xüsusi diqqət yetirilir. Təəssüf ki, bir çox təhsil ocaqlarımız bu əhəmiytyətli məqamı diqqətdən kənarda saxlayır, unudurlar. Bakı Humanitar Kollecində isə bu günün tələbəsi yalnız gələcəyin peşəkar kadrı kimi yox, həm də layiqli vətəndaşı kimi yetişdirilir. Bu mənada da adıçəkilən təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirməmək, başda Vaqif müəllim olmaqla, onun rəhbərliyini, pedaqoji kollektivini ürəkdən alqışlamamaq haqsızlıqdan başqa bir şey deyil. Söyləmək artıqdır ki, təhsilin yüksək keyfiyyətinə nail olmaq üçün əsas şərtlərdən biri maddi-texniki bazanı möhkəmləndirmək, əlverişli təlim mühiti yaratmaqdır. Sevindirii haldır ki, Vaqif Əmiraslanov daim bu məsələlərə böyük önəm verir, rəhbərlik etdiyi təhsil ocağının bütün kriteriyalar üzrə müasir standartlara uyğunlaşdırılması üçün çalışır. Təhsilin məzmununun yeniləşdirilməsi, təlim prosesinin təşkili, tədris intizamının möhkəmləndirilməsi, müəllim-tələbə münasibətlərinin pedaqoji əməkdaşlıq zəminində, sağlam əsaslar üzərində qurulması da Vaqif müəllimin əsas hədəflərindən biridir. Onun rəhbərlik etdiyi təhsil müəssisəsinin bugünə qədərki fəaliyyəti həmin hədəflərə çatmaq uğrunda atılan addımların öz bəhrəsini verdiyini göstərir. Haqqında daim “Təbiətən yenilikçi olan, təhsilin, o cümlədən orta ixtisas təhsilinin müasir inkişaf tendensiyalarını, mütərəqqi idarəetmə üsullarını yaxşı bilən” bir alim və pedaqoq olan Vaqif Əmiraslanovun rəhbərliyi altında Bakı Humanitar Kollecinin gələcəkdə daha böyük nailiyyətılərə imza atacağına isə şübhə yoxdur. Çünki bu təhsil müəssisəsinin indiyədək əldə etdiyi uğurlar -bundan sonra qaznacağı nailiyyətlərin, ölkənin təhsil sisteminin daha da inikişafına bəxş edəcəyi töhfələrin təminatıdır! Azər Abdul.