Təhsil Nazirliyi müəllimləri məcburi imtahana cəlb edən direktorlara XƏBƏRDARLIQ EDİB

Müəllimlərin məcburi imtahan verəcəyi xəbərinə Təhsil Nazirliyindən reaksiya gəlib.

Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov yayılan xəbərlərə reaksiya verib.

Onun sözlərinə görə,iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır. Bu proses iyulun 14-dək davam edəcək. İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də könüllü şəkildə hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər.
Bu hal daha çox ona xidmət edir ki, müəllim arzu etdiyi yerdə işləmək üçün daha bir imkan əldə etsin. Ancaq heç bir halda müəllim (hazırda çalışan) istəyindən asılı olmayaraq imtahana cəlb edilə bilməz. Təəssüflər olsun ki, bəzən bu halın əksinə dair bizə məlumatlar daxil olur.
Bir daha bildiririk ki, müəllimlərin işə qəbulu təhsil nazirinin müvafiq əmri ilə http://edu.gov.az/…/pedaqoji-kadrlarin-ishe-qebulu-ve-yerde… gerçəkləşir. Bu əmrin 5.2-ci bəndində qeyd olunduğu kimi, pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər MİQ imtahanında iştirak edə bilər.
Xatırladaq ki, məktəb direktorları tez-tez müəllimləri imtahan olacağı və onların işdən azad olunacaqları ilə bağlı xəbərdarlıq edir. Bu isə müəllimlərin narahatlığına və narazılığına səbəb olur.
AzerTaym.az

 






Fikirlər