Fikrət Qocanın oğlunu qətlə yetirənin MƏHKƏMƏSİ BAŞLAYIB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elnur Nəhmədovun və tanışı Ruslan Məmmədovun, Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 Proses davam edir.

 Məlumata görə, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yemək yeyiblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb.

 E. Nəhmədov mübahisə zəminində Y. Qocayevi döyərək qətlə yetirib






Fikirlər