Prezidentin köməkçisi ilə bağlı yeni SƏRƏNCAM

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 1-ci hissəsində “Vahid Axundov – Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri” sözləri “Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri” sözləri ilə əvəz edilsin.
Modern.az xatırladır ki, 75 yaşlı Vahid Axundov bir müddət öncə Prezident Administrasiyasında aparılan struktur dəyişikliyi nəticəsində  iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri postundan azad edilib, həmin vəzifə isə ləğv olunub.

 






Fikirlər