Ermənilər Kəlbəcərdə nəhəng zavodun tikintisinə başladı – FOTOLAR+VİDEO
Ermənilər Kəlbəcərdə zavod inşa edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal altındakı Kəlbəcər rayonunda inşa olunacaq zavod su istehsalı ilə məşğul olacaq. Zavodun təməlqoyma mərasimində Ermənistanın baş naziri Karen Karapetyan iştirak edib. Onun sözlərinə görə xarici investorların hesabına inşa olunacaq zavod Kəlbəcər suyunu xarici ölkələrə satmağa imkan verəcək. Karapetyan həmçinin, Vardenis-Ağdərə yolunun tikintisi və Su Elektrik Stansiyalarının tikinti prosesi ilə maraqlanıb.
VIDEO