Kəlbəcərdə erməni hərbçiləri üçün yaşayış binası TIKILIR

Ermənistan rəhbərliyi işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz tikinti işlərini davam etdirir.

Modern.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi 2017-ci il ərzində hərçbilər üçün 109 yaşayış binasının istifadəyə veriləcəyini açıqlayıb.

Ümumlikdə 291 mənzildən ibarət olacaq həmin binalar Ermənistanın Yerevan, Gümrü, Qafan, Gorus, Vayk şəhərlərində və işğal altındakı Xankəndi və Kəlbəcərdə istifadəyə veriləcək.

AzerTaym.az






Fikirlər