Baş Prokurorluq 3 sayta XƏBƏRDARLIQ ETDİ

Baş Prokurorluq 3 intenrnet saytına rəsmi xəbərdarlıq edib.

AzerTaym.az Baş Prokurorluğa isitnadən xəbər verir ki, aparılmış araşdırmalarla zamanı son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Xural.com”, “Aztoday.az”, “İnfoaz.org” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.

Bununla əlaqədar həmin saytların baş redaktorlarıBaş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqlarıinternet saytlarında sensasiya naminə, qərəzliinformasiyalarınyayılmasınason qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq edilmişlər.

 






Fikirlər