Müsavat funksionerinə hökm OXUNUB
Bu gün Masallı Rayon Məhkəməsində Müsavat Partiyasının Masallı Rayon təşkilatının sədri Xasay Fərzullanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə X. Fərzulla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, prokuror onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xasay Fərzulaya qarşı Cinayət Məcəlləsinin 263.1.1 maddəsi ilə (ehtiyatsızlıq üzündən ağır xəsarət yetirmək) ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. O, idarə etdiyi avtomobillə rayonun Bədəlan kəndi ərazisində kənd sakini Tağıyev Rauf Rafiq oğlunu vurub. Sürücü xəsarət alan şəxsi xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini öz üzərinə götürüb. Onun həyatını xilas etmək mümkün olub.