Prokuror Akif Çovdarova 15 il CƏZA İSTƏYİB

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edir.

Prokuror Akif Çovdarova cəza tələb edib. Dövlət ittihamçısı A.Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Dövlət ittihamçısı MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədovun 12 il tələb edib.

Prokuror MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun isə Cinayət Məcəlləsinin 62-ci (daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 9 il müddətinə azadlıqdan məhrum ediliməsini istəyib.

Bundan başqa dövlət ittihamçısı Akif Çovdarov və digərlərinin rütbələrinin alınmasını da məhkəmədən tələb edib.






Fikirlər