Akif Çovdarov 32 milyonluq əmlakından DANIŞIR
MTN işində agentura şəbəkəsinə ayrılan 3 milyonla bağlı sənədlər araşdırılır Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, hakim Həbin Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə general Çovdarov ifadə verir. Məhkəmədə sənədlərin tədqiqi məhrələsində Çovdarovun əmlaklarına həbs qoyulması ilə bağlı müzakirələr aparılır. A.Çovdarov üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı ifadə verir. Bildirək ki, A. Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32.256.900 manat təşkil edir. Üzərinə həbs qoyulan əmlakların siyahısını Musavat.com-da təqdim etmişdik. Məhkəmə iclası davam etdirilir. Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.