Keçmiş nazir müavininə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Gürcüstanın energetika nazirinin keçmiş müavini Mariam Valişviliyə SOCAR-da yüksək vəzifə verilib. 

AzerTaym.az APA-ya istinadən xəbər verir ki, M.Valişvili SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədovun müşaviri təyin olunub. M.Valişvili artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, M.Valişvili 2008-ci ildən 2017-ci ilədək energetika nazirinin müavini vəzifəsində çalışıb.

 






Fikirlər