BAXCP qurultaya hazırlaşır - Təşkilat Komitəsi YARADILIB

Oktyabrın 21-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib.

Partiyadan BakuPost.az-a daxil olan məlumata görə, Azərbaycan dövlət himninin oxunmasından sonra iclası açan Ali Məclisin sədri Vaqif Abışov gündəlikdə duran məsələlərlə bağlı iştirakçılara məlumat verib və qeyd edib ki, Ali Məclisin  iclasın gündəliyinə BAXCP-nin 2018-ci ilin mayında keçirilməsi nəzərdə tutulan qurultayına hazırlıq işlərinin müzakirəsi, partiyanın IV Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlərinin seçilməsi və BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı çıxışı və cari məsələlər tövsiyyə olunub. 
Qurultaya hazırlıqla bağlı BAXCP-nin baş katibi Yaşar Kələntərli məlumat verib. Yaşar Kələntərlinin çıxışından sonra BAXCP İdarə Heyətinin partiyanın IV Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlüyünə təklif etdiyi namizədlərin müzakirəsinə başlanılıb. Səsvermə nəticəsində  BAXCP sədrinin, İdarə Heyəti, Mərkəzi Nəzarət Komissiyası və rayon (şəhər) təşkilatlarının sədrlərinin daxil olduğu 25 nəfərdən ibarət Təşkilat Komitəsi seçilib. 
Daha sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. 
 






Fikirlər