ADU-da yeni formatda ilk DƏRS KEÇİRİLİB

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanınrəhbərliyi altında universitetdə təhsilin inkişafıistiqamətində genişmiqyaslı islahatlar və layihələr davam etdirilir.

 Rektorun göstərişinə əsasən universitetin kafedraları arasında əməkdaşlığın genişləndirilməsi və tələbələrin elmi potensialının gücləndirilməsi məqsədi ilə birgə dərslərin keçirilməsinə başlanılıb. İnteraktiv formada keçirilən dərsdə iki lektorun mühazirə deməsi, tələbələrlə mühazirəçilər arasında sərhədin aradan qaldırılması kimi nüanslar dərsə xüsusimaraq qatır, onun keyfiyyətini yüksəldir.

 Noyabrın 1-də universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanovun təşəbbüsü ilə Azərbaycan ədəbiyyatı kafedrasıvə Fəlsəfə və ictimai elmlər kafedralarınınortaq fəaliyyəti əsasında “Ədəbiyyatda postmodernizm” mövzusunda ilk birgə dərs keçirilib.Dərsdə Azərbaycanşünaslıq ETL-in müdiri, tarix üzrə fəlsəfə doktoruAqşin Rüstəmov, adları sadalanan kafedraların əməkdaşları, eyni zamanda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan 341a, 341b, 341c qrupunun və Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsili alan II kurs tələbələri iştirak edib.

 Öncə çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova “Postmodernizmin Azərbaycan ədəbiyyatında təzahürü” mövzusunda ətraflı məlumat verib. O, bildirib ki, dünya ədəbiyyatında geniş yayılan modernist və postmodernistədəbi-estetik konsepsiyalar Azərbaycan ədəbiyyatından da yan keçməyib. Sosialistrealizminin hakim olduğu dövrlərdə bizim sənətkarlarımızfikri, mətləbi Ezop dilində çatdırmağa çalışıblar. PostmodernizminAzərbaycan ədəbiyyatında konseptual formada akademik K.Abdullanın  əsərlərində özünü göstərdiyini qeyd edən D.Zeynalova ədəbiyyatımızda həmçinin kortəbii postmodernizmin mövcud olduğunu vurğulayıb.

 “Postmodernizmin fəlsəfi aspektləri” mövzusunda danışan Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Niyazi Mehdipostmodernizmin fəlsəfəsi, prinsipləri, əsas ideyaları və  mədəniyyətdə önəmindən bəhs edib.Qarşılıqlı fikir mübadiləsi əsasında təşkil edilən dərsdə professormövzu ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb.

 






Fikirlər