Azərbaycanda 3 məmur işdən çıxarıldı - YENİ TƏYİNATLAR

Ağcabədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

RİH başçısının müavini – Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hafiz Nadir oğlu Mehdiyev, icra başçısının köməkçisi Xaliq Mirzəyev və Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Axundovvəzifələrindən azad edilib.
Rayon İcra Hakimiyyətinin başcısı Şahin Məmmədovun müafviq əmri ilə icra başcısının köməkçisi vəzifəsinə Nicat Axundov, RİH başçısının müavini - Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə Xaliq Mirzəyev təyin edilib.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri olan Hafiz Mehdiyev öz ərizəsi ilə işdən ayrılıb(report).

 






Fikirlər