TƏRTƏRƏ ziyan dəyib? - İcra başçısı AÇIQLADI

Tərtərə ziyan dəyib?

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da zəlzələ ilə bağlı açıqlama verib.

"AzerTaym.az" xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında O bildirib ki, rayonda dağıntılar qeydə alınıb: “Əsasən ziyan köhnə kərpicdən, çay daşından tikilmiş evlərə, o cümlədən tövlələrə dəyib. Hazırda  rayon Fövqəladə Hallar Komissiyası  Ağdama yaxın yerləşən kəndlərdə araşdırmalar aparır.  İlkin hesablamalara görə səkkiz yaşayış evinə ziyan dəyib. Daha dəqiq rəqəmlər gün ərzində məlum olacaq. Heç bir insan tələfatı da baş verməyib. Sadəcə bir nəfər şəxs  zəlzələdən şoka düşüb. Təcili Tibbi Yardım Stansiyasınən həkimləri vasitəsilə ona köməklik edilib. Hazırda vəziyyəti yaxşıdır”






Fikirlər