Tikinti Şirkətinin Rəhbərləri HƏBS OLUNDU - FOTO (Yenilənib)

qandal-qolda

“Yeni Yasamal “ MTK-nın sədri Cahangir Alışov və  hüquqşünası saxlanılıb. 

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, şirkət rəhbəri Yasamal rayonu , M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Şirkət rəhbəri evlərin qanunsuz satışını  Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.

Habil Fətəliyev özünü vəkil kimi təqdim etsə də, o, Vəkillər Kollegiyasının üzvü olmayıb. “Yeni Yasamal” MTK-nın sədrinin müavini kimi evlərin satışını həyata keçirən Habil Fətəliyevin həm də hüquqi nümayəndə kimi  şirkəti təmsil etdiyi bildirilir.

Qeyd edək ki, dələduzluğun qurbanı olan vətəndaşların bir çoxu  şirkət tərəfindən aldadılmalarında Habil Fətəliyevin birbaşa iştirak etdiyini bildiriblər.

yasamal-3






Fikirlər