Hesablama Palatasında daha bir YENİLİK - Qurumun ÜZVLƏRİNİ Milli Məclis TƏYİN EDƏCƏK

Hesablama Palatasının üzvləri Milli Məclis tərəfindən təyin ediləcək.

Modern.az-ın məlumatına görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.

Qanun layihəsinin 11-ci maddəsində (Hesablama Palatasının üzvləri) göstərilib ki, Hesablama Palatasının üzvləri Azərbaycan Respublikası Milli Məclisinin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təyin edilir.

Hesablama Palatasının üzvləri Milli Məclisin dəvəti ilə Milli Məclisin və onun komitələrinin iclaslarında iştirak etmək hüququna malikdirlər.

Qeyd edək ki,  hazırda qüvvədə olan “Hesablama Palatası haqqında” qanunda qeyd edilib ki, Hesablama Palatasının Kollegiyasının üzvlərinin sayı və tərkibi Hesablama Palatası sədrinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən təsdiq edilir. Hesablama Palatasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Hesablama Palatasının qərarları iclasda iştirak edən Kollegiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir.

Yeni qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında II oxunuşda müzakirə ediləcəyi gözlənilir.






Fikirlər