Ağdam icra hakimiyyətində maliyyə yoxlamaları - Raqub Məmmədovun ciddi maliyyə maxinasiyaları aşkarlanıb

 

bitmap-img6


Bakıdan verilən tapşırığa əsasən Hesablama Palatasının əməkdaşları icra başçısı ilə anlaşmaqdan imtina ediblər

 

Hesablama Palatası Ağdam rayon İcra hakimiyyyətində maliyyə yoxlamalarına başlayıb. 
Bu barədə AzFakt.com saytını məlumatlandıran icra hakimiyyətindəki mənbə bildirir ki, bir neçə gün əvvəl Hesablama Palatası tərəfindən Ağdam rayon İcra Hakimiyyətində başladılan maliyyə yoxlamaları zamanı xərcləmələrdə ciddi maliyyə pozuntuları aşkarlanıb. Bu üzdən də yoxlamalar daha da dərinləşdirilib. 
Mənbənin bildirdiiynə görə əvvəl yoxlamaya Hesablama Palatasısının 3 üzvü iştirak etsə də, dünən Bakıdan daha 13 təftişçi əlavə olaraq yoxlamalara qatılıb. Yoxlamaların sonucunda Hesablama Palatasının Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etməsi gözlənilir.
İcra başçısı Raqub Məmmədovun isə Hesablama Palatasının əməkdaşları anlaşmaq cəhdi uğursuz olub. Ehtimal olunur ki, Bakıdan verilən tapşırığa əsasən Hesablama Palatasının əməkdaşları icra başçısı ilə anlaşmaqdan imtina ediblər. Buna görə də Raqub Məmmədovun ciddi təlaş içində olduğu bildirilir.
Azərtaym.az






Fikirlər