Ağdamın sabiq icra başçısı ilə hazırkı icra başçısı arasında kələm qalmaqalı Prezident Adminstrasiyasına qədər gedib çıxıb
Ağdamln sabiq icra başçısı Nizami Sadığovla hazırkı icra başçısı Raqub Məmmədovdan Prezident Adminstrasiyasına şikayət edib.
Şikayətə səbəb isə Raqub Məmmədovun Nizami Sadıqova aid olan torpaq sahəsində kələm əkməsi olub.
Bu barədə AzFakt.com saytını məlumatlandıran mənbə bildirir ki, Ağdamln sabiq icra başçısı Nizami Sadığovla hazırkı icra başçısı Raqub Məmmədovun arasında qarşıdurma baş verib. Qarşıdurma Raqub Məmmədovun Nizami Sadıqova aid olan tinglik deyilən ərazidə kələm əkdirməsi ilə başlayıb. Belə ki, əkdirdiyi kələmi toplayıb bazara yollamaq istəyən Raqub Məmmədov qarşısında Nizami Sadıqovu görüb. Nizami Sadıqov öz növbəsində torpaq sahəsinin onun olduğunu irəli sürərək məhsulu özü toplayacağını bildirib. Bu üzdən də sabiq başçı ilə hazırkı başçı arasında qarşıdurma yaranıb. İkili bir neçə saat mübahisə etdikdən sonra Nizami Sadıqov onun torpağına Raqub Məmmədovun sahib çıxa bilməyəcəyini söyləyib və deyib ki, məsələ ilə bağlı PA-ya zəng edəcək.
Mənbə bildirir ki, doğrdan da Nizami Sadıqov PA-nın adı bilinməyən səlahiyyətlisinə zəng edib və şikayərini bildirib. Raqub Məmmədov isə öz növbəsində Ağdamda Nizami Sadıqova aid olan "obyektləri" araşdırıb. Araşdırma nəticəsində bəlli olub ki, Nizami Sadıqova aid olan fermada iki çobanın maaşını hələ də Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə idarənin hesabına verir. Yəni həmin iki çoban Mexaniki Suvarma İdarəsinin işçisi olaraq qeyd olunub. Bundan sonra isə Raqub Məmmədov Hafiz Əzimzadəni xəyanətdə ittiham edib və həmin iki çobanın təcili işdən azad olunmasını tələb edib.
Həmçinin mübahisə obyekti olan tinglik ərazisini hələ də Nizami Sadıqova yaxın olan şəxsdə saxladığına görə Raqub Məmmədovun Quzanlı bələdiyyə sədrini işdən azad edəcəyi ilə hədələyib. Bildirib ki, həmin ərazi təcili şəkildə Nizami Sadıqova yaxın olan şəxsdən alınmalıdır. Əks təqdirdə iğra başçısı bələdiyyə sədrinə möhürü təhvil verməyi əmr edib.
Mənbə bildirir ki, hazırda Ağdamln sabiq icra başçısı Nizami Sadığovla hazırkı icra başçısı Raqub Məmmədov arasında kələm davasınun nəylə nəticələnəcəyini heç kim bilmir. Çünki Nizami Sadıqovun PA-dakı hamisinin Raqub Məmmədova təzyiq etdiyi qeyd olunur.
(Azərtaym.az)