Cümhuriyyətlə bağlı xüsusi iclasın keçiriləcəyi TARİX MƏLUM oldu

Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasının vaxtı məlum olub. 

İclas bu ilin iyun ayının 8-də keçiriləcək. 
Xüsusi iclasda xarici ölkələrdən qonaqlar da iştirak edəcək. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib. 
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

AzerTaym.az






Fikirlər