Kapital BANK-ın yenilənən FÜZULİ FİLİALI istifadəyə verildi

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Füzulifilialının yenilənmiş ofisini istifadəyə verdi.

Yeni konsepsiya əsasında təmir edilən filial Horadiz şəhəri, 20 Yanvar küç.,12ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Açılış mərasimində Füzuli rayon İcra Hakimiyyətinin və Kapital Bank-ın baş ofisinin əməkdaşları, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak edirdi.Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Füzuli filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2015-ci ildən başlayan transformasiya layihəsi çərçivəsində paytaxt Bakıda və regionlarda 30 filial yenilənərək, müştərilərin ixtiyarına verilib. Bundan başqa həmin dövr ərzində 8 yeni struktur bölmə açılıb. Bankın yenilənmiş və yeni açılan filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. 2018-ci ildə də daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

AzerTaym.az






Fikirlər