Bakı-Tbilisi-Bakı qatarının HƏRƏKƏT CƏDVƏLİ dəyişdirilir

Bakı-Tbilisi-Bakı qatarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, Bakı-Böyük Kəsik mənzilində surətin artırılması ilə əlaqədar olaraq, 38/37 nömrəli Bakı-Tbilisi-Bakı qatarının hərəkət cədvəli Bakıdan və Tbilisidən 15.02.2018-ci il tarixdən etibarən dəyişdirilir.

Belə ki, qatar Bakıdan saat 21:50-də yola düşməklə Tbilisiyə saat 10:30-da (10:50 əvəzinə) çatacaq. Tbilisidən saat 20:35-də (19:45 əvəzinə) yola düşəcək və Bakıya saat 09:00-da çatacaq.

AzerTaym.az






Fikirlər