EFİRƏ gəlib MƏTANƏTİ SEVDİYİNİi dedi: "OĞLUM məni ÖLDÜRƏCƏK"
Əməkdar artist Mətanət İsgəndərli “5/5” verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, efirdə müğənniyə sürpriz edilib. Belə ki, M.İsgəndərlini illər əvvəl sevən bir şəxs verilişə gəlib və ona sürpriz edib. O, gənc yaşlarında müğənniyə aşiq olduğunu, amma valideynlərinin onunla evlənməsinə icazə vermədiyini bildirib: “O vaxtlar onu sevirdim. Evdəkilər də bilirdi onu sevməyimi. Atam deyirdi, sevmə, o, müğənni olacaq. Atam rəhmətə getdi, başım ona qarışdı. Sevgi etirafımı edə bilmədim. Eşitdim ki, ailə qurub. Rusiyaya getdim, ailəmə baxmaq üçün çalışmalıydım. Qayıdandan sonra evləndim, indi nəvələrim var. Uşaqlarımın toyunda istədim Mətanət xanımı çağırım. Yoldaşım icazə vermədi. Sevgililər günü olduğu üçün Zaur Kamala zəng vurdum, ona sevgimi etiraf etmək istədim. Heç kim pis başa düşməsin. İndi ikimizin də ailəsi var. Gec də olsa, etiraf etmək istədim”. Onun sözlərindən kövrələn müğənni təəccübünü gizlədə bilməyib: “8 il ailəli olmuşam. Valideynlərimin istəyi ilə uzaq qohuma ərə getdim. Heç bilmirdim sevgi nədir. Onun bu sevgisindən xəbərim olmayıb. Yaraşıqlı da kişidir. Efirdə belə şeylər etməyin. Oğlum məni öldürəcək. Kərimin bu şeylərdən xoşu gəlmir”.