Dünyasını dəyişən ərindən danışıb ağladı - fotolar+video
Lent.az xəbər verir ki, “Öz aramızda” verilişinə qonaq olan ifaçı keçmiş həyat yoldaşının ölümü ilə barışmadığını deyib:
“Mən istəmirəm ki, indi mənim ağlamağımı görsünlər. Çox pisəm, əlimdə deyil, ağlayıram. Həyat yoldaşım dünyasını dəyişən gündən ağlaya-ağlaya gəzirəm. O, son nəfəsinə qədər məni arzulayıb, məni istəyib. Amma bunu məndən gizlətdilər, demədilər. Açığı getmək istəyirdim, amma getmədim. Dedim xəstədir, qorxuram ki, məni görüb, pis olar”.
Əməkdar artist daha sonra deyib ki, qızı və oğlu atasının hüzr yerinə getmək istəməyib:
“Qızım Ülkər heç atasını görməyib. Amma oğlum onu görmüşdü. Atasının ölümü oğluma pis təsir edib. Açığı oğlum Kərim atasının hüzr yerinə getmək istəmirdi. Özüm dedim ki, “oğlum, yaxşı deyil. Atanın hüzrünə get”. Oğlum da sözümdən çıxmadı, getdi. Daha sonra dedi ki, “Ana, nə yaxşı ki, atamın hüzrünə getdim, indi rahatam”.
M.İsgəndərli bildirib ki, dünyasını dəyişən keçmiş yoldaşı O.Həmidovu kimlərsə ona əsəbiləşdirərək, canlı efirdə ona qarşı danışmağa dəvət etmişdilər:
“Onunla gənclik illərimizdə bir-birimizi başa düşmədik. Amma sonra barışdıq. Onunla aramızda anlaşılmazlıq aparıcı Nanə Ağamaliyevanın “Ulduz oldun” verilişində olmuşdu. Belə ki, mən o vaxtı səhv elədim, Nanənin verilişində onun barəsində danışdım. Canlı veriliş deyildi. Daha sonra Nanədən xahiş elədim ki, zəhmət olmasa çıxart. Amma çıxartmadı. O, da o vaxtı da efirə çıxası deyildi. Amma onu öyrətdilər, çıxıb, digər kanalda barəmdə danışdı. Yəni mənim səhvimdən istifadə edib, övladlarımı atası ilə düşmən elədilər”.