NİZAMİ rayonunda HESABAT yığıncağı KEÇİRİLİB – FOTO

6 fevral 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda Milli Məclisin deputatlarıSədaqət VəliyevaFlora Qasımova, Rasim Musabəyov,  İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə və müəssisə, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.
İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, 2017-ci ildə rayonda görülmüş işlər barədə məruzə ilə çıxış edib.
A.Qasımov yanvar ayının 10-da  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasının keçirildiyini bildirib. Dövlət başçısının 2017-ci ildə ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini, Azərbaycan xalqının sabitlik və təhlükəsizlik şəraitində yaşadığını bildirdiyini qeyd edib. Cənab Prezidentin 2017-ci ildə qeyri-neft sektorunun 2,5 faiz, o cümlədən sənaye sahəsinin 3,6 faiz, kənd təsərrüfatının isə 4,1 faiz artdığını, valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil etdiyini, Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulduğunu, ixracın 19 faiz, qeyri-neft ixracının isə 24 faiz artdığını, 177 mini daimi iş yeri olmaqla 221 min yeni iş yeri açıldığını, işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olduğunu. iqtisadi və sosial infrastruktur layihələrinin uğurla icra edildiyini, energetika və nəqliyyat sahəsində tarixi hadisələrin baş verdiyini, idman sahəsində böyük uğurların qazanıldığını, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdırdığını söyləyib. Ölkə başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini, il ərzində həm ölkəmizdə, həm də xaricdə bununla əlaqədar bir çox tədbirlərin keçiriləcəyini vurğuladığını nəzərə çatdırıb.
Ölkə iqtisadiyyatının dinamik inkişaf tempinin saxlanılmasında Nizami rayonunun da öz yeri və payı olduğunu söyləyən A.Qasımov 2017-ci ildə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 463,8 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz çox sənaye məhsulu istehsal edildiyini, iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 109,4 milyon manat həcmində, ötən ilin müvafiq dövrünə nisbətən 6,0 faiz çox investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 2258,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 221,0 milyon manat təşkil etdiyini, rabitə sahəsində 370,7 milyon manat dəyərində, ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz çox, nəqliyyat sahəsində isə 126,0 milyon manat dəyərində xidmətlər göstərildiyini vurğulayıb.
A.Qasımov ötən il rayonda 4166 yeni iş yeri açıldığını, ünvanlı sosial yardım alan ailələrin sayının 525 nəfər təşkil etdiyini, özünəməşğulluq proqramına əsasən işaxrtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 23 nəfər cəlb olunduğunu və hal-hazırda fəaliyyətdə olduqlarını bildirib.
2017-ci ilin 05 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən əsaslı təmir edilmiş 10 və 201№-li orta məktəblərdə və 62 №-li məktəb-liseydə yaradılmış şəraitlə tanış olduğunu qeyd edib.
2017-ci ildə səhiyyə sahəsində müəyyən tədbirlərin həyata keçirildiyini söyləyən A.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il fevral ayının 15-dən may ayının 15-dək əhalinin növbəti tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən 18 və 32 №-li Birləşmiş Şəhər Xəstəxanalarında, 26 №-li Şəhər poliklinikasında bütün zəruri hazırlıq işlərinin görüldüyünü və ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı 90017 nəfərin tibbi müayinədən keçirildiyini, onlardan 3624 nəfərin ambulator, 273 nəfərin stasionar müalicəyə göndərildiyini, 4 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparıldığını bildirib.
A.Qasımov həmçinin təhsil sahəsində qazanılan nailiyyətlər, xidmət və təsərrüfat sahələrində görülən işlər barədə məruzə edib.
Sonra Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi İmran Məmmədov, Rayon Sukanal İdarəsinin rəisi İntiqam Kərimov 2017-ci ildə görülən işlərlə bağlı ətraflı məlumat veriblər.
Məruzələr ətrafında Milli Məclisin deputatları – Sədaqət Vəliyeva,  Flora Qasımova, Rasim Musabəyov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov çıxış edərək, əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışıblar və 2017-ci ildə Nizami rayonunda görülən işləri qənaətbəxş hesab ediblər.
Sonra yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
İclasa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2018-ci il 05 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin 11 aprel tarixində Prezident seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb və Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrindən irəli gələn məsələlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını verib və əminliklə vurğulayıb ki, Nizami rayonunda ötən illərdə olduğu kimi bu il də Prezident seçkiləri yüksək səviyyədə keçiriləcəkdir. 






Fikirlər